Hərbi 15.05.2019 14:00

Zabit heyətinə tövsiyələr verildi - FOTO

Azərbaycan Ordusunun döyüş hazırlığı planına əsasən hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinləri, ictimaiyyətlə əlaqələr üzrə baş köməkçiləri, həmçinin mədəni-kütləvi iş üzrə köməkçiləri ilə “Hərbi qulluqçuların mədəni-asudə vaxtlarının və xidmət şəraitinin təşkilinin aktual məsələləri” mövzusunda seminar keçirilib.

Rakus.az xəbər verir ki, seminarda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cari ilin ötən dövründə hərbi bölmələrdə ideoloji iş və mənəvi-psixoloji təminat fəaliyyətinin, eləcə də ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun təşkil edildiyini, bu sahənin daim diqqət mərkəzində olduğunu bildirib. Nazir müavini vəzifəli şəxslərin Ali Baş Komandanın, Müdafiə nazirinin bütün tələb və göstərişlərini məsuliyyətlə yerinə yetirəcəklərinə əmin olduğunu qeyd edib.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev 2019-cu il ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji təminat, hərbi intizamın yüksəldilməsi, hərbi qulluqçuların asudə vaxtının düzgün təşkili və digər sahələrdə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib.
Sonra Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminatın səviyyəsinin artırılması, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində komandir heyətinin məsuliyyəti, hərbi xidmət təhlükəsizliyinin təmin edilməsi, hərbi intizamın möhkəmləndirilməsi, şəxsi heyətin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi və digər mövzularında məruzələr dinlənilib, bölmələrdə mədəni-asudə vaxtın təşkili məqsədilə tədris filmləri nümayiş olunub, bu işin daha səmərəli həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər irəli sürülüb.
Sonda zabit heyətinə seminarın mövzusu ilə bağlı müvafiq tövsiyələr verilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO