Mədəni 28.06.2019 19:16

Qəhrəmanlıq – ömrün əbədiyyət anı

                      

Gənclərin – sabahkı əsgərlərin vətənpərvərlik ruhunda böyüməsində və tərbiyə olunmasında cəmiyyətin aynası olan mətbuatın rolu əvəzsidir. Bura sözün də qüdrət və gücünü əlavə etsək mətbuatın qiymətini daha da artırmış olarıq. Zaman-zaman yazıçı və şairlərimiz gənclərin ölkə üçün vətənpərvər və layiqli vətəndaş olması naminə dəyərli əsərlər yazıb ortalığa qoymuşlar. Gənclər isə həmin əsərlərdə təsvir olunan qəhrəmanlara bənzəməyə çalışmışlar. Bu tarixi ənənə davam etməkdədir. Böyük yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadə deyirdi ki, qələmin ən müqəddəs borcu xalqa xidmət etməkdir. Qəhrəmanlıq və vətənpərvərlik mövzusu daim gənclərin diqqət mərkəzindədir. Onlar bu mövzuda yazılmış əsərləri böyük maraqla oxuyurlar. Biz də yeri gəldikcə çalışırıq ki, səhifələrimizdə bu mövzulara geniş yer verək. Çünki gənclərimizin vətənpərvərlik ruhunda böyümələri bizim üçün çox vacib və zəruridir.     

İnsanların maraq dünyasından heç vaxt uzaq düşməyən, daim onları heyrətləndirib özünə cəlb edən qəhrəmanlıq və igidlik məfhumu əsrləri yola salmış qos-qoca tarix üçün yəqin ki, yenilik deyil. Çünki dərin maraqla oxuduğumuz tarixin səhifələri qanlı döyüş meydanlarında qeyri-adi hünər və cəsarət göstərərək ad çıxarmış, müharibələrdə böyük şöhrət qazanmış cəngavərlərin qəhrəmanlığı ilə doludur. Zaman-zaman say-hesabı bilinməyən müharibələrin yorub əldən-dildən saldığı tarix günümüzə qədər qəhrəmanlıqlara, qəhrəmanlara çox şahidlik edib. Yəqin ki, bundan sonra da, dünya durduqca belə olacaq, həyat yaranışığından nizamlandığı kimi öz axarı ilə axmaqda davam edəcək. Qəhrəmanlıq adlandırdığımız köklü-köhmərli min illik bir ağacdan həmişə yeni budaqlar bitəcək. Bizi həm sevindirən, həm də zövq verən bu kövrək budaqlardan da təzə-tər pöhrələr çıxacaq, yeni çiçəklər açıb ləçəkləri ilə sabahkı tarixin səhifələrinə boylanacaq.

Tarixdə həmişə belə olub: qəhrəmanlar güclərini, bacarıqlarını döyüş meydanlarında göstəriblər. Döyüş meydanları daim gücün, qüdrətin sınaq məkanı olub. Bəli, artıq yaşanmış və ötüb arxada qalmış tarix dönə-dönə sübut edib ki, döyüş meydanları insanlara hünər və cəsarətlərini göstərmək üçün bir səhnədir. Bu, çoxlarının düşündüyü kimi sadəsə bir teatr səhnəsi deyil, tarixin səhnəsidir. İnsanlara şan, şöhrət gətirən, amma qan-qada, müharibələrlə dolu bir səhnə! Həmişə müharibə sözünü dilimizə gətirəndə gözlərimiz önünə daim insanların hakimiyyət, torpaq və var-dövlət üstündə bir-birilərini al qana qərq etdikləri, ölüb öldürdükləri hərb meydanları, qanlı döyüş səhnələri gəlir. Həmin anlarda sanki möcüzə baş verir, bir göz qırpımındaca ötüb keçmişlərə dönürük, canlı-canlı tarixə bağlanırıq. Bir-birini üstələməyə çan atan pəhləvanların hənintilərini duyur, odlu nəfəslərini hiss edir, şir kimi düşmən üstünə atılan igidlərin qulaq batıran nərəsini, qılınc cingiltisini, ox vıyıltısını, at kişnərtisini və tüfəng səsini, pulemyot şaqqıltısını, top gurultusunu, tank nəriltisini eşidirik. Tarixin dərinliyindən gələn və bir-birinə həmahəng olan, bir-biri ilə üst-üstə düşüb tamamlanan bu səslər bizi qəhrəmanlığa çağırır. Kəsilmək bilməyən həyəcanlı hayqırtılar, daim gurlayan səslər gücümüzü, qüvvətimizi artırdıqca artırır. Bütün bunlar təkcə damarlarımızdan axan qanı coşdurmaqla kifayətlənmir, onlar həm də ovqatımıza ovqat qatır, böyük qələbələrə gedən yolların səmtini bizə göstərir. Bizi gələcəkdə qazanacağımız uğurlara yönləndirir.

Tarix boyu qəhrəmanlar həmişə hələ sağ vaxtlarında ətraflarındakı insanlar tərəfindən hörmətlə qarşılanıb. Məclislərdə onların yerləri yuxarı başda olub.  Dünyadan köçəndən sonra isə bu qəhrəmanlar ehtiramla anılıb, hörmətlə yad ediliblər. Onların məzarları sonrakı nəsillər üçün ziyatətgahlara çevrilir. Yəqin ki, bu gün aramızda, sıramızda qəhrəman olmaq, bu arzunun alovunda yanmayan, odunda qızınmayan tapılmaz. Dünya binə olandan, ilk müharibələr, döyüşlər başlanandan insanlar ondan qorxub geri çəkilməyiblər, əksinə, igidliyin, cəsarətin əlindən möhkəm-möhkəm tutaraq qəhrəmanlığa susayıblar, ölümün gözünün içinə dik baxaraq hünər göstərməyə can atıblar. Çünki qəhrəmanlığa can atmaq  qələbə deməkdir, qəhrəmanlığa susamaq uğur deməkdir, qəhrəmanlığı arzulamaq tarixin səhifəsinə əbədi iz salmaq deməkdir. Söz yox ki, qəhrəman da asanlıqla olmurlar. Bunun üçün çətinliklərdən, ağır sınaqlardan keçmək lazım gəlir. Çünki ürəyini qəhrəman olmaq arzusu ilə isidənlər torpaq və Vətən uğrunda gedən qanlı döyüşlərdə şücaət göstərib igidlikdə ad çıxarırlar, şöhrət qazanırlar. Qəhrəmanlar hünərləri ilə düşmən üzərində zəfər çalaraq şərəflə dolu olan bir ömür yaşayır, tarix yazıblar. Elə bir tarix ki, zaman-zaman onlara başucalığı gətirib. Elə bir tarix ki, onunla yalnız fəxr etmək və qurur duymaq olar. Elə bir tarix ki, daim onları səhifələrində qoruyub saxlayacaq və daim vəsf edəcəkdir. Elə bir tarix ki,..

Ədəbiyyatın şah əsərlərindən sayılan və daim oxucu sevgisi qazanan qəhrəmanlıq dastanları həmişə sirli-sehirli cazibəsi ilə bizi özünə çəkib. Dastanları mütaliə etdikcə özümüzü qəhrəmanların sırasında, qəhrəmanlığın zirvəsində hiss edir, həyatımız boyu cəsarətdə, hünərdə oxuduğumuz əsərlərdə təsvir olunan igidlərə oxşamaq istəyirik. Mütaliə boyunca əlçatmaz xəyallar qurur, qorxmadan döyüş meydanlarına atılır, insanları heyrətə və riqqətə gətirən qəhrəmanlıqlar göstərməyi düşünürük. Düşüncələrimiz əlimizdən tutub bir anlıq da olsa, bizi üzü keçmişə – tarixin səhifələrinə doğru səhayətə aparır. Oxuduğumuz bu doyumsuz dastanlardan doğan ülvi duyğular, bəşəri hislər daim bizi igidliyə, cəsarətə səsləyir, can və qan bahasına başa gələn böyük qələbələrə ruhlandırır. İnsan təbiəti belədir, o yaranışından, doğuluşundan qəhrəmanlıq göstərib, xəruqələr yaratmağa köklənir. Çünki insan dünyaya pis əməllər üçün deyil, qürurla yaşamaq, xeyirxah işlər görmək və qanlı döyüşlərdə qəhrəmanlıq göstərmək, yurdunu, el-obasını qorumaq, qurub-yaratmaq üçün doğulub.

Təkcə insanlar deyil, elə əsrlərin arxasını yerə vurmuş qoca tarix özü də qəhrəmanları sevərək qoynunun ən mübhəm qatlarında onlara yer ayırır. Ötən çağların, mamır bağlamış illərin tarixini özündə yaşadan qalın-qalın yaddaş kitablarını asta-asta üzü geriyə vərəqlədikcə igidlik və şücaət göstərmiş qəhrəmanların qürur duyulası, fəxr ediləsi döyüş yolları ilə daha da yaxından tanış oluruq. Bu tanışlıq təsirsiz və izsiz ötüşmür, ruhumuza nur çiləyir, ovqatımıza rəng qatır, mürgülü duyğularımızı oyadır, qürur və iftixarımızı artırır. Bu tanışlıq bizi qəhrəmanlıq göstərməyə, yurd uğrunda vuruşmağa, döyüşməyə səsləyir. Qəhrəmanların həyatını, keçdikləri döyüş yollarını öyrəndikcə, onların hərb meydanlarında göstərdikləri igidliyi, hünəri gördükcə qarşılarında ehtiramla baş əyir, xatirələrini hörmətlə yad edirik. Onlar buna layiqdirlər, çünki bunu cəsarət və hünərləri ilə qazanıblar. Yaşadığımız ömrün bütün məhəllələrində, bütün illər və dönəmlərində tarixdə dərin izlər qoymuş qəhrəmanlara oxşamağa, onlardan nümunə götürməyə çalışmışıq. Ürəklərimiz onların döyüş yollarını davam etdirmək istəyi və amalı ilə döyünüb. Bu insanların cəsarətləri ilə yüksəldikləri şərəf və ləyaqət zirvəsinə biz də vuruşa-vuruşa çıxmaq istəyirik. Bunu bizə yaşanmış tarixin qanla və silahla yazılmış şərəf və şan dolu səhifələri diktə edir. Bunu bizə əcdadlarımızın məğlubedilməz ruhu deyir. Bunu bizə gözəl anlarını yaşadığımız dövran pıçıldayır. Bunu bizə düşdüyümüz zaman və tarixi şərait söyləyir…

 

Vahid MƏHƏRRƏMOV 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO