Siyasi 28.11.2025 23:22

“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Nehrə ayranını soyutmaq üçün yayda dağlardan qar gətirirdik” adlı veriliş Göyçə mahalının, Basarkeçər rayonu, Daşkənd kənd sakini Fəzair Piriyevin həyat hekayəsinə həsr olunub.

O, 1963-ci ildə anadan olduğunu, uşaqlıq həyatının bir tərəfi Kəlbəcər, bir tərəfi Göyçə gölü olan kənddə keçdiyini deyib: “Daşkənd çox qədim kənddir, tarixi VI-V əsrlərə gedib çıxır. Daşkənd sözü daş və kənd sözündən əmələ gəlib. O vaxt kənd çox daşlı, qayalı ərazi olub. 18-ə qədər nəsil, 300-dək ev, 2 minə yaxın əhalisi var idi. Çox qədim zağa, bulaq, yaylaq, dağ var idi. Uşaqlığımız o qayalıqlarda, zağalarda keçirdi. Evdən köhnə keçə, xalça cırığı gətirib sərir, üstündə dərsə hazırlaşırdıq. Evimizin yanında qazıntılar zamanı qıça, qol hissəsi uzun olan insan sümükləri çıxırdı. Kəndimizdə 2 alban kilsəsi var idi. 1560-cı ildən sonra babalarımız Daşkənddə məskunlaşıblar. Sentyabrda yağan qar aprel, may ayına qədər yerdə qalırdı. Yayda nənələrimiz nehrə çalxalıyanda dağlardan qar gətirib  ayranı soyudurduq”.

Onun sözlərinə görə, mənfır ermənilər orada yaşayan azərbaycanlılara bir neçə dəfə hücum edib, onlara 1918, 1947-1953, 1987-1991-ci illərdə deportasiya həyatı yaşadıblar. 1918-ci ildə Aşıq Nəcəfin belinə somavar bağlayıb öldürüblər. Qocalarımız danışırdılar ki, ermənilər insanları bir bacası olan evlərə yığıb tüstüyə verib öldürür, əzab-əziyyət veriblər. 1953-cü ildə Daşkənddən 200 ailəni Bərdə rayonuna köçürüblər. Onlar boş ərazidə 6 çinar ağacının altında çadırdan dəyə qurub, Yeni Daşkənd adlı kənd salıblar. İsti havaya dözməyənlər rəhmətə gedib, bəziləri geri qayıdıb, amma 130 ailə orada qalıb. 1988-ci il deportasiyasında onlar yenidən Yeni Daşkəndə köçüblər. Babam 1953-cü ildə kənddə qalıb. Atam Yeni Daşkəndə köçəndə 1-ci sinifə gedirdim. Köçü yığıb gedəndə mən qaçdım, qizləndim, babamın yanında qaldım. 1988-ci ildə vəziyyət qarışanda  babam da Yeni Daşkəndə gəldi”.

F.Piriyev 37 ildən çoxdur Vətəndən ayrı yaşadığını bildirib: “Göyçədə  böyümüşəm, istər-istəməz o torpaq bizi çəkir. Mənim Bakıda anadan olan övladlarım da Vətən həsrəti çəkir. Onlar ata-baba yurdlarını görmək istəyirlər. Ürəyimiz göynəyir ki, Göyçəyə gedək, yaşadığımız evi görək.  Ermənilərin içində adət-ənənələrimizi qoruyub saxlayırdıq. Əminəm ki, biz yenə qaydacaq, adət-ənənələrimizi yaşadacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 28-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO