Mədəni 16.05.2019 18:18

YAP gənc rəssamları təltif etdi - FOTO

 

Yeni Azərbaycan Partiyasının mərkəzi qərərgahında Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş  gənc rəssamların sərgisində iştirak edən rəssamların təltif olunması mərasimi keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin böyük marağa səbəb olduğunu və çoxsaylı insanlar, o cümlədən partiyamızın üzvləri tərəfindən izlənildiyini bildirib. O, sərginin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Əli Əhmədov qeyd edib ki, sərgidə dünyada tanınmış rəssam Sakit Məmmədovun tələbələrinin əsərləri təqdim olunub. Bu yaxınlarda Sakit Məmmədovun rəsm əsərlərinin Böyük Britaniyanın Kral Sarayında nümayiş etdirildiyini deyən YAP İcra katibi söyləyib ki, azərbaycanlı rəssam bütövlükdə ölkəmizinin mədəniyyətini və incəsənətini, Azərbaycan həqiqətlərini dünyaya təqdim edir.

Əli Əhmədov qeyd edib ki, dövlətimizin  mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb: “Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır”.
Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların və onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə də, YAP gənc incəsənət adamlarının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması işinə dəstək verməyə hazırdır: “Bu tədbir, YAP ilə gənc rəssamların, mədəniyyət və incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz mədəniyyət və incənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi də gənc rəssamların tanıdılması və təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”.

Sonra gənc rəssamlara Yeni Azərbaycan Partiyasının fəxri fərmanları təqdim olunub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO