Siyasi 24.04.2026 23:30

“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Rusiyada doğulan qərbi azərbaycanlının yurd harayı” adlı veriliş əslən Qərbi Azərbaycandan olan Aysel Şamilovanın həyat hekayəsinə həsr olunub.

O, 1987-ci il iyunun 5-də Rusiyanın  Nalçik şəhərində doğulmağına baxmayaraq, Qərbi Azərbaycan kökənli olduğunu deyib: “Atam  Zəngibasar mahalının Dəmirçi kəndində, anam Zəngibasar rayonundandır. Babam Ellər rayonunun Zar kəndində anadan olub. Babamgilin ailəsi iki dəfə deportasiyaya məruz qalıb. İnsanlar bir gecənin içində yüz illərlə yaşadıqları torpaqlarını, yurdlarını, evlərini, doğmalarının qəbirlərini, məzarlarını qoyub getmək məcubiyyətində qalıblar. 1948-ci ildə  babamgilin ailəsi Saatlı rayonuna yerləşdirilir. İqlimə görə çox sayda yaşlı, körpə ölür. Bir müddətdən sonra Dəmirçi kəndinə qayıdır. Məcbur köçürülən camaat geri qayıdanda evsiz qalıblar. Çünki onların mülkləri ermənilərin adlarına keçirilib. İnsanlar öz yurdlarına yad kimi qayıdıblar.  1988-ci ildə növbəti  faciə yaşanır. Camaat gecələr evlərin işıqlarını yandırmağa qorxublar. Çünki evləri daşlanıb, təhqir olunub, ayrı-seçkilik edilib”.

Onun sözlərinə görə, 1983-cü il aprelin 24-də Zəngibasar mahalında keçirilən toy mərasiminə erməni silahlıları basqın ediblər: “Toyu dağıtdıqdan sonra onlar Zəngibasarın qədim qəbristanlığını yerlə-yeksan edib, məzar daşını tamamilə dağıdıblar. Kənd camaatı bu dəhşətli mənzərəni görəndən sonra etirazlarını bildirmək üçün küçələrə axışır. Etirazlarını bildirmək üçün Türkiyə sərhədinə toplaşan qadınları təhqir edir, daşlayırlar. Bütün bu hadisələr baş verəcək deportasiyanın xəbərçiləri olub. Nəhayət, 1988-ci ildə babamgilin ailəsi Dəmirçi kəndindən, dədə-baba yurdundan məcbur köçüblər. Nənələrim danışırdılar ki, kənddən yalnız əynimizdəki paltarlarla çıxdıq. Camaat Bakıda və  Sumqayıta pənah gətirib”.

A.Şamilova qəlbinin hər zaman Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qaldığını deyib: “O torpaqlar bizim əzəli ata-baba yurdumuzdur. Qədim oğuz, türk yurdudur. Valideynlər mənə xatirələrini elə danışıblar ki, sanki elə Zəngibasar mahalında doğulmuşam, elə orada yaşayıb, boya-başa çatmışam, gözümü hər səhər Dəmirçi kəndində açmışam, Zəngi çayının sahilində gəzmişəm. Təbii ki, 44 günlük Vətən müharibəsindəki qələbə ikinci nəsil Qərbi azərbaycanlı kimi, mənim də qəlbimdə ümid yaradıb. İnanıram ki, biz Qərbi Azərbaycana qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 24-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO
Maraqlı, Sosial / 06.04.2026 12:50
“Gecikmiş bir etiraf… Şəhid sinif yoldaşıma”
Hərbi / 05.04.2026 17:19
Astarada Aprel döyüşlərinin 10-cu ildönümü qeyd edilib - FOTO - VİDEO
Siyasi / 04.04.2026 23:03
“İrəvan quberniyasında 199 azərbaycanlı kəndi necə məhv edildi?” - VİDEO
Siyasi, Sosial / 03.04.2026 23:36
“Şəki şəlaləsinin suyundan ürək yanğısı ilə içəcəm” - FOTO - VİDEO
Siyasi, Sosial / 03.04.2026 14:22
“Hamilə idim, ermənilər öldürməsin deyə gecələr qarajda yatırdım” – Sənubər Əliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi / 02.04.2026 00:02
Azərbaycanın Aprel qələbəsindən 10 il ötür
Mədəni / 01.04.2026 00:02
Bu gün Ümumdünya Gülüş Günüdür
Siyasi, Sosial / 31.03.2026 23:53
Bozyoxuş, Boz Kaha, Bozkosa-türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 31.03.2026 14:22
İki əsr tarixi olan türk kəndinin acı taleyi – ANONS - VİDEO
Gündəm / 31.03.2026 00:02
Azərbaycanlıların soyqırımı günüdür - FOTO - VİDEO
Mədəni / 30.03.2026 14:26
Xalq artisti Rasim Balayev dəfn edilib – YENİLƏNİB - FOTO
Mədəni / 28.03.2026 23:19
Qərbi Azərbaycanda cıdır tamaşaları - VİDEO