Hərbi 17.05.2019 13:59

Düşmənlər Zakir Həsənov haqqında böhtan yayır 

Azərbaycan yenicə müstəqillik qazananda və ordusu qurulanda yeni təyin olunmuş müdafiə naziri, görkəmli hərbi xadim, general Valeh Bərşadlıya qarşı küçə hərəkatının lider və fəalları tərəfindən törədilən təxribatlar orta və yaşlı nəslin yaxşı yadındadır. Qocaman general dəfələrlə mənəvi və fiziki təzyiqlərə məruz qalmışdı, iş otağına buraxılmırdı, istefaya getməyə məcbur edilmişdi. İkihakimiyyətlilik dövrünün müxalifəti ordu yaratmaq tələbi ilə əslində ordu quruculuğunu iflic vəziyyətə salmış, “Qa-ra-bağ!” şüarı ilə hakimiyyəti ələ keçirmək məqsədilə müxtəlif “müdafiə komitələri” adı altında paralel silahlı strukturlar yaratmışdı.

Müxalifət şinelindən çıxmış R.Qazıyev 1992-ci ilin martında müdafiə naziri təyin olunandan sonra təzyiqlər, təbii ki, səngidi, lakin yalnız bir müddətlik. Bu zaman ermənilər Azərbaycandakı siyasi hərc-mərclikdən istifadə edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində qətliamlar törətmiş, etnik təmizləmələri və işğalı başa çatdırmış, Laçını ələ keçirməklə Dağlıq Qarabağı Ermənistana quru ilə birləşdirmişlər. Növbəti ildə R.Qazıyev də artıq hakimiyyətdə olan məsləkdaşlarının siyasi oyunbazlıqlarının qurbanı oldu. Bu çirkin oyunlar və intriqalar Qarabağda gedən hərbi əməliyyatlara birbaşa mənfi, dağıdıcı təsirini göstərmişdi. 1992-ci ilin yay-payız hücumunda Qarabağın yarısını azad etmiş ordumuz 1993-cü ilin fevralında Bakının bir sıra təxribatları nəticəsində dağılmağa başladı və il boyu gerilədi, ətraf rayonlar işğal olundu. Bu zaman ərzində Ermənistanda bir müdafiə naziri və bir qərargah rəisi olmuşdusa, Azərbaycanda 1991-ci ilin dekabrından 1993-cü ilin payızına qədər, 1.5 il ərzində 5 müdafiə naziri, və iki icra edən və 5 qərargah rəisləri dəyişmişdi. Dağıdıcı qüvvələrin nail olduqları nəticə 30 ildir göz qabağındadır.

Bu gün həmin zehniyyət, həmin məqsədlərlə, lakin daha müasir vasitələrlə eyni işi görməyə çalışır. Radikal müxalifət iqtidara qarşı mübarizəsində orduya və şəxsən müdafiə naziri general-polkovnik Zakir Həsənova qarşı qaralama kampaniyalarından istifadə edir. Sanki son 6 ildə orduya çağırışda, hərbçilərin xidmət-məişət, sanitar-gigiyenik şəraitində, hərbi qulluqçuların arasında münasibətlərin nizam-intizam çərçivəsində tənzimlənməsində, mənəvi-psixoloji durumda, əsgərlərin qida, geyim və s. təminatında və tibb xidmətində, bölmələrin döyüş hazırlığının və peşəkarlığının artmasında, yenidən silahlanmada və s. inkişafı, ordumuzun 2016-cı il aprel, 2018-ci il Naxçıvan və b. uğurları olmayıb. Sanki bu qədər çoxşaxəli və miqyaslı işlər Ali Baş Komandanın və müdafiə nazirinin iradəsindən kənar, öz-özünə olub. Əlbəttə, çatışmazlıqlar həmişə olacaq, çünki ordu canlı orqanizmdir. Önəmlisi çatışmazlıqların olması deyil, çatışmazlıqların qaldırılması və ordunun inkişafı istiqamətində müdafiə naziri Z.Həsənovun əzmkarlığı və aparılan sistematik işlərdir.

Lakin ordu rəhbərliyini gözdən salmaqla, xalqın orduya etimadını sarsıtmaq, xalq-ordu birliyini zəiflətmək məqsədilə aparılan təbliğat, konstruktiv tənqiddən və səmimi ürək yandırmaqdan fərqlidir.

Müşahidələr göstərir ki, son zamanlar Azərbaycana xaricdən təzyiqlər və ermənilərin informasiya təxribatları həmişə ordumuza qarşı daxildən qaralama kampaniyaları ilə sinxron başlayır, aparılır və hədəf və məzmununa görə eyni mərkəzdən idarə olunur. Ermənilər Z.Həsənov haqqında iftira-böhtan xarakterli videoçarxlar buraxdıqca, onlara Azərbaycan dilli sosial şəbəkələrdə züy tutan anonim səhifələr xalq və cəmiyyət arasında səmimi hörmət və sevgi qazanmış Müdafiə nazirinin şəxsinə və gördüyü işlərə kölgə salmağa çalışırlar.

Azərbaycan xalqı yaxın keçmişindən ağır dərslər və ibrətlər götürüb. Xaricə sığınmış, mənşəyi bəlli olmayan qrantlarla dolanan və Qərb hökumətləri qarşısında sığınma “gərəkçələrini” doğrultmağa çalışan, ordunu gözdən salmağa cəhd edən dönüklər bu gün xalqımızı çaşdıra, yolundan azdıra bilməzlər.

Sosial şəbəkələrdə fəaliyyət göstərən bütün vətənpərvər blogerləri, jurnalistləri və şəbəkə istifadəçilərini ordumuza və ordu rəhbəri Z.Həsənova qarşı artan düşmən informasiya təxribatlarının qarşısını qətiyyətlə və tutarlı dəlillərlə almağa çağırıram!

Nazim Bayram

Ehtiyatda olan polkovnik-leytenanat

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO