Mədəni 17.05.2019 19:15

Şahlar Şükürova həsr edilmiş film nümayiş olundu

Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürova həsr olunmuş “Bir elin Şahları” filminin nümayişi keçirilib.

Rakus.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, öncə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolu haqqında bəhs edərək bildirib ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub.

Rostovda Ali Polis Akademiyasını bitirən Şahlar Şükürov daxili işlər orqanlarında fəaliyyətə başlayıb və polis mayoru rütbəsinə qədər yüksəlib. 1990-cı ildə Tərtər – Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşmış, bu qeyri-bərabər döyüşdə o, qəhrəmanlıq nümayiş etdirərək, həlak olub. Bu qanlı hadisə zamanı eyni zamanda Aşıq Şəmşirin qızı Çimnaz xanım da qətlə yetirilib. Göstərdiyi şücaətə görə Şahlar Şükürova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi filimin ərsəyə gəlməsi barədə tədbir içtirakçılarına geniş məlumat veriblər.

Sonra Milli Qəhrəmana həsr olunmuş “Bir elin Şahları” adlı film nümayiş etdirilib. Filmin nümayişindən sonra Kəlbəcər rayon ziyalıları, ictimaiyyət nümayəndələri qəhrəman haqqında, eyni zamanda film barəsində təəssüratlarını bölüşüblər. Çıxış edənlər – Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil, və başqaları Şahlar Şükürovun hər kəsə nümunə olan ömür yolundan bəhs ediblər, eyni zamanda bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynadığını xüsusi vurğulayıblar.

Milli Qəhrəmanın qardaşı Malik Şükürov Şahlar Şükürovun ailəsi adından filmin hazırlanmasında xidmətləri olanlara, “ Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinə tədbir iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib. Malik Şükürov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına da minnətdarlıq edib.

Tədbirin sonunda Milli Qəhrəman Şahlar Şükürovun ömür yolunu əks etdirən “Bir elin Şahları” filminin ərsəyə gəlməsindəki xidmətlərinə görə Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz xanım Sultanzadə, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-nin redaktoru Qorxmaz Şixəliyev və həmin qurumun rejissoru Vəli Səyyadi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin “Təşəkkürnamə” diplomu ilə təltif ediliblər.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO