Bu yazın dəbi olan bandana yayda da saçlarınızı bəzəyəcək.
Balıqqulağı
İstər bəzək əşyaları, istərsə də çantalarımızı bəzəyən bu kiçik balıqqulaqları sanki yayın ruhunu əks etdirir.
Zəncir kəmər
2000-ci illərdə dəbdə olan zəncir kəmərlər geri qayıdıb. Əsasən qara rəngli libaslarda istifadə edəcəyiniz bu aksesuar sizi daha zərif göstərəcək.
Mirvari
Əsrlərdən bəri əsla dəbdən düşməyən mirvari bu il daha kiçik ölçülərdə qarşımıza çıxacaq.
Xalxal
Hind filmlərinin olmazsa olmazı xal-xal dedikdə ilk ağlımıza gələn dəniz kənarı gəzintiləri olur. Bu il də yeni modellər ayaqlarınızı bəzəyəcək.
Saç aksesuarları
Saç klipsləri du il daha fərqli modellərdə qarşımıza çıxacaq.
Burma boyunbağılar
Doğrudur, burma boyunbağılar yeni deyil. Ancaq xanımlar nostalgiyadan vazkeçmək istəmir. Burmalar bu il yenidən dəbdədir.