Mədəni 22.05.2019 13:01

Bakıda 20 ölkədən iştirakçı mübarizə aparacaq

Mayın 24-də “Elektra Events Hall” da Gənclər və İdman Nazirliyi tərəfindən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Qızıl Qala” Prodakşının birgə təşkilatçılığı ilə “Həmişə gənc ol!!!” şüarı altında “YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsi baş tutacaq.

Rakus.az xəbər verir ki, 2016-cı ildən keçirilən “YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsinin builki iştirakçıları Azərbaycan da daxil olmala, 20 ölkədən: Almaniya, Qırğızıstan, Belarusiya, Cexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portugaliya, Qazaxstan, Ruminiya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva, Monteneqrodan olan 70-dən artıq nümayəndədir.

Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Azərbaycanı müsabiqədə “Tələbə-baharı” tələbələrin yaradıcılıq müsabiqəsinin pop nominasiyasının qalibi Nadir Rüstəmli (Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi) təmsil edir.

Müsabiqənin keçirilməsi ilə bağlı youthvision.az internet saytı fəaliyyət göstərir və müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər həmin sayt vasitəsi ilə qeydiyyatdan keçərək, müvafiq sənədləri doldurub, ifa edəcək mahnıları təşkilat komitəsinə təqdim ediblər. Təşkilat Komitəsi tərəfindən seçilmiş ən yaxşı ifaçılara müvafiq dəvət məktubu göndərilərək, müsabiqədə iştirak haqqında məlumat verilib. Müsabiqədə iştirak, hər bir ölkənin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən edilir.

Yarışda hər ölkəni bir iştirakçı (kollektiv) və bir münsif üzvü təmsil edə bilər. Qeyd edək ki, səfər müddətində qonaqlar Azərbaycan Respublikasının tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar.

2013-2014-cü illərdə keçirilmiş “Univiziya” tələbələrin Beynəlxalq mahnı müsabiqəsi ali təhsil müəssislərində təhsil alan tələbələr arasında keçirilirdi. 2016-cı ildən müsabiqənin əhatə dairəsi genişləndirilərək gəncləri əhatə etmiş və adı “YOUTHVİSİON” adlandırılıb.

2018-ci ildə keçirilmiş YOUTHVİSİON III Beynəlxalq Mahnı müsabiqəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuşdu və tədbirin açılışı zamanı Azərbaycanda səfərdə olan müsabiqə iştirakçıları tərəfindən səsləndirilmiş Azərbaycan Respublikasının Dövlət Himninin videoçarxı nümayış olunub (https://youtu.be/_REOSGrvZ-c) və çox böyük əks səda doğurub. Qeyd edək ki, 2018-ci ildə Uqanda təmsilçisi birinci, Moldova ikinci, Belarus təmsilçisi isə üçüncü yeri qazanıb.

Müsabiqədə Azərbaycan, Latviya, Xorvatiya, Ruminiya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva Serbiya, İtaliya, İran, Rusiya və İsrail dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib.

Məlumat üçün bildirək ki, Uqanda Respublikasının keçən ilki qalibi Ariho Esthery bu il müsabiqədə qonaq qismində iştirak edəcək və qalib mahnısı ilə açılış edəcək.

Müsabiqədə hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.

I-yer 3000

II-yer 2000

III yer 1000

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO