Ford robot texnologiyası tük ürpədir – Texnoxəbər
Rakus.az xəbər verir ki, Digit adlı iki ayaqlı robot əməliyyat çatdırma bölgəsində fəaliyyət göstərəcək. Bir yük çatdırma şirkətinin işçisi kimi çalışan robot 20 kiloqrama qədər ağırlıq çəkə bilər. Nərdivanı yuxarı- aşağı çıxa və kələ-kötür ərazidə gəzə bilir. Hətta təsir zamanı belə bir canlı kimi müvazinətini saxlaya bilir.
Avtomobildən müstəqil düşüb, bildirlən ünvana gedə bilən Digit-ə bu mərhələdə avtanom texnalogiyalı avtomobl yardımçı olur.
Bu texnologiyalı robotların yolda hərəkət etdiyini düşündüyünüz zaman bir az tük ürpəldici olur. ABŞ səkilərdə çatdırılma robotlarından istifadə etməyə icazə verib. Yaxın zamanlarda, çox sayda robot ABŞ məhəllələrində görünə bilər. Əlbəttə ki, bu texnologiya ölkəmizə gələcəkmi, gələcəksə nə zaman gələcək? Bütün bunlara cavab vermək hələ çox tezdir.