Mədəni 24.05.2019 14:24

Günay fırıldaqçılıqda ittiham olunur - FOTO - VİDEO

Azərbaycan Modalar Assosiasiyası “Baku Fashion Expo” üçün müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar telefon kaburası üçün maraqlı eskizlər təqdim edib. Məşhur telefon şirkətlərindən biri isə qalibə ən son model telefon vəd verib. Müsabiqədə məşhur simalarımız da iştirak ediblər. Onlar arasında müğənni Günay İbrahimli və keçmiş ifaçı, modelyer Sehri Rəhimova yer alıb.

Rakus.az xəbər verir ki, müsabiqənin nəticələri sənətçilər arasında qalmaqala səbəb olub. Belə ki, Günayın təqdim etdiyi eskiz birinci seçilib. Buna isə həm digər iştirakçılar, həm izləyicilər, həm də Sehri etirazını bildirib.

İnstaqramda yarışmanı keçirən “afdabaku” (Azerbaijan Fashion Designers Association) səhifəsi bütün iştirakçıların təqdim etdiyi eskizləri paylaşaraq, “like” edilməsini tələb edib. Şərtə görə, ən çox bəyəni toplayan eskizin sahibi birinci seçilərək, dəyəri 2 min manat olan telefonu qazanacaq.

Sehrinin eskizi:

Nəticədə isə Günayın paylaşdığı eskiz birinci seçilib. Bunun isə saxta olduğu iddia edilib. Belə ki, Sehri İnstaqram səhifəsində öz fotosunun topladığı səsləri yayımlayıb. Onun şəkli 11 mindən çox “like” topladığı halda, birincinin Günayın 8091 bəyəni toplayan şəklinin olması Rəhimovanı özündən çıxarıb. Səhifədə isə digər bütün paylaşımlar silinib və ancaq Günayın eskizi qalıb.

Etirazını bildirən Sehriyə izləyicilər də dəstək olublar. İfaçı yarışma başlayan andan çəkib saxladığı görüntüləri paylaşaraq etirazını bildirib:

“Hazırlaşın, sabah Günaya “halal” telefonunu verəcəklər. Bu fıraldıqçılar əsl istedadlara dəyər verməyi bacarmayanlardır. Onlar Günay İbrahimlinin adından istifadə edərək, saxta fotonu qalib seçiblər. Guya, bu fotonu Günay özü çəkib. Əgər bilsəydim belə ehtiyacları var, 2 min manat olan telefonu özüm alıb, ona bağışlayardım. Guya, Günay eskiz çəkir? O, hələ geyinməyi öyrənməlidir, o ki, qaldı eskiz çəkməsi. Hamı bilsin, bu səhifə yalançılarla, fırıldaqçılarla doludur. Kiminsə rəyi onlar üçün əhəmiyyətli deyil. Əgər düzgün idilərsə, başqalarını silməzdilər”.

***

Günay da məsələyə biganə qalmayıb. O bildirib ki, eskizi özü çəkməyib:

“Yazılıb ki, guya eskizin qalibi mənəm. Amma belə deyil. Mən bəyəm rəssamam? Dostumun qızının əl işidir. Eşitdim, mən də İnstaqramda paylaşdım ki, dəstək olum. Səhifəmdə yazdım ki, səhifəyə girib həmin eskizi “like” edin. Burda nə var ki? Qeyd etməmişəm ki, şəklin müəllifi mənəm… Yaxud da həmin səhifə yazmayıb ki, Günay İbrahimlinin əl işidir. Anlaşılmazlıq olub. Girib həmin səhifəyə də təşəkkür yazmışam. Ona görə ki, insanlar mənə görə, gəlib “like” qoyublar. Mənim bu məsələyə aidiyyatım yoxdur”. (Axşam.az)

Günayın eskizi: 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO