Yaxın Şərqə 1500 qoşun göndərir – ABŞ
ABŞ Prezidenti Donald Tramp cümə günü İranla gərginliyin artdığı bir vaxt Yaxın Şərqə müdafiə məqsədi ilə 1500 Amerika qoşunu göndərəcəyini bildirib.
Rakus.az xəbər verir ki, o Yaponiyaya səfərindən öncə Ağ evdə deyib: “Biz istəyirik ki, Yaxın Şərqdə qorunmaq istəyirik. Biz əsasən müdafiə məqsədi ilə nisbətən az sayda qoşun göndərəcəyik. Hazırda Yaxın Şərqə bəzi istedadlı insanlar gedir. Nə baş verəcəyini görəcəyik”.
Adlarının açıqlanmasının istəməyən iki mənbə Reuters-a bildirib ki, qüvvələr ABŞ-ın regiondakı müdafiəsini gücləndirəcək. Onlar qüvvələr arasında mühəndislərin də olduğunu söyləyib.
ABŞ ordusu bu ayın əvvəli rəsmi Vaşinqtonun dediyinə görə, İran tərəfindən mümkün hücumlara qarşı müdafiə məqsədilə Yaxın Şərqə zərbə qrupu, bombardmançılar və Patriot raketlərini göndərib.
Birləşmiş Ştatlar İranı 2015-ci ildə əldə olunan nüvə razılığında sadalananlardan əlavə güzəştlərə əlavə güzəştlərə getməyə məcbur etmək üçün sanksiyaları artırmasından sonra Tehranla Vaşinqton arasında ritorika güclənib.
Tramp bazar ertəsi xəbərdarlıq edib ki, İran ABŞ-ən Yaxın Şərqdəki maraqlarına hücum etsə, “böyük güclə” qarşılaşacaq.