Çingiz Azərbaycanı yox, Avropanı seçdi
“Eurovision” təmsilçimiz Çingiz Mustafayev müsabiqədə birinci olacağına çox inandığını deyib.
Rakus.az xəbər verir ki, televerilişin birinə qonaq olan müğənni deyib: “O qədər arxayın idim ki, birinci olacam. Hər gecə dua, meditasiyalar edirdim, xəyal qururdum ki, birinci qayıdıram. Məni xaricilər, hətta digər iştirakçılar və komanda buna inandırmışdı. Hamı deyirdi, sizin mahnı gözəldir, birincisiniz. Final gecəsi elə rahat idim ki, səsvermə zamanı çıxıb çöldə hava da aldım. Ölkələr arasından yüz səs gəldi, bu inandırıcı hal deyildi. Dünyada 25-ci yerdədir mahnım, mənə cəmi yüz səs verdilər? Hər zaman deyirdilər ki, burada siyasət rol oynayır, inanmırdım. Qayıdanda hava limanında 500 əcnəbi mənlə şəkil çəkdirdi”.
O, digər “Eurovision” təmsilçilərindən dəstək görmədiyini etiraf edib: “Bir-ikisi İnstaqramda “story”də paylaşdı. Buna fikir vermirəm, çünki nəticə dəyişməyəcəkdi. Heç vaxt özüm də “Eurovision” izləməmişəm. Orada mənə sual verəndə, utanırdım. Heç kimi tanımırdım, yalandan deyirdim ki, baxmışam”.
Sənətçi bundan sonra fəaliyyətini Avropada davam etdirəcəyini açıqlayıb: “Sabah Avropaya yola düşürəm. Avstriyaya, sonra Almaniyaya gedəcəm. Təkliflər var, şirkətlərlə görüşəcəm. Hər şey hazırdı, məni gözləyirlər. “Eurovision”dan əvvəl 3 ay Amerikada qaldım. Bakıya qayıtmışdım ki, hər şeyimi satım, gedim orada yaşayım. Həmin ərəfədə “Eurovision” təklifi gəldi”.