Hərbi 26.05.2019 17:36

Ordumuza dəstək aksiyası keçirildi - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib.

Rakus.az xəbər verir ki, UNEC-in rəhbərliyi, professor-müəllim və tələbələrdən ibarət ilk aksiya qrupu hərbi libas geyinərək iki gün cəbhəboyu bölgədə, ön xətt mövqelərində olub.

Əsgər klubunda Azərbaycan Ordusuna dəstək aksiyasının açılışına həsr olunmuş mərasimdə çıxış edən general-mayor Xəqani Cəbrayılov bu aksiyanın hər bir döyüşçünün, həmçinin aksiya iştirakçılarının həyatında müsbət iz buraxacağını, işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamını və qələbə əzmini, döyüş ruhunu daha da artıracağına əminliyini bildirib.

UNEC-in rektoru Ədalət Muradov isə hər bir döyüşçüyə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyi, hərb tariximizə Aprel və Günnüt zəfərlərinin davamı olacaq yeni-yeni şanlı səhifələr yazmağı arzulayıb.

Həzi Aslanov adına Azərbaycan Ordusu və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzlərinin yaradıcı qruplarının, UNEC-in bədii özfəaliyyət kollektivinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, Əməkdar artistNizami Abdullayevin iştirakı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” adlı konsert proqramı təqdim edilib.

“Biz gəlirik, Qarabağ” ədəbi-bədii kompozisiyası ilə Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının açılışına həsr olunmuş mərasim başa çatıb. Həmin axşam aksiya iştirakçıları şəxsi heyətlə birlikdə şam yeməyində iştirak edib, rəmzi döyüş növbəsində dayanıb, əsgər yataqxanasında gecələyiblər.

Aksiyanın ikinci günü cəbhəyanı bölgədə, hərbi hissələrin dayaq məntəqələrində, ön xətt mövqelərində silsilə tədbirlər keçirilib. Döyüşçülərə UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti dərc olunmuş kitabçalar təqdim olunub.

Hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə UNEC-in təsis etdiyi xüsusi mükafatlar, hədiyyələr təqdim olunub. Sonra xüsusi təyinatlılar öz məharətlərini nümayiş etdirərək, aksiya iştirakçılarını təəccübləndiriblər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO