İsmayıl Şıxlının 100 illiyi qeyd olunacaq
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi qeyd olunacaq.
Rakus.az xəbər verir ki, Mədəniyyət və Turizim Nazirliyindən verilən məlumata görə, bu münasibətilə 30 may 2019-cu il tarixində Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 28 yanvar 2019-cu il tarixli, 906 nömrəli Sərəncam imzalanıb.
Xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilib.