Bu populizmdir – UEFA-nın prezidenti
UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.
Rakus.az xəbər verir ki, A.Çeferin bildirib: “Niyə? Çünki orada yaşayan insanlar da futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik”.
UEFA-nın prezidenti qeyd edib ki, klublar biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər: “Mən bildiyim qədər, “Easyjet” aviaşirkəti reyslərə aviabiletlərin qiymətini qaldırıb. Kimsə onlara heç nə demir. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Bəs finallara gedən azarkeşləri dəstəkləmək üçün konstruktiv təklif, yaxud klubların vəsait yatırdığı fondlar necə? Əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi”.
“Arsenal” klubunun erməni futbolçusu Genrix Mxitaryanın finala gəlməməsini şərh edən A.Çeferin vurğulayıb ki, Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi: “Finala gəlməmək furbolçunun şəxsi qərarı idi. Biz Fransa terrorçuların hədəfi olan zaman bu ölkədə təhlükəsiz Avropa Çempionatı təşkil etmişdik”.