Rakus.az xəbər verir ki, mükafatlandırmada UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıblar.
Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra “Arsenal” heyəti gümüş, “Çelsi” kollektivi isə qızıl medalla təltif olunub.
Avropa Liqasının kubokunu isə Çeferin “Çelsi”nin kapitanları Qari Keyhill və Sesar Aspilikuetaya təqdim edib.