Dünya 30.05.2019 23:13

Deputatlar parlamentin buraxılmasına səs verdilər – İSRAİLDƏ

İsraildə deputatlar parlamentin buraxılmasına səs veriblər.

Rakus.az xəbər verir ki,  Baş nazir Benyamin Netanyahu koalisiya hökuməti qura bilmədiyindən yeni parlament seçkiləri keçiriləcək.

Netanyahu sentyabrın 17-də yeni səsvermə keçirilməsinə üstünlük verib. Buna alternativ olaraq, Prezident Reuven Rivlin başqa bir siyasətçidən hakim koalisiyanı formalaşdırmağı xahiş edə bilərdi.

Bu il aprelin 9-da keçirilən seçkidə Netanyahu-nun sağ-qanad Likud Partiyası daha çox səs yığmışdı.

“Biz qalib gələcəyik”, -o deyib.

“Reuters” təkrar seçkilərin döyüşkən liderə zərbə olduğunu yazır. O, son on ildə hakimiyyətdə olub, ancaq üç korrupsiya işi çərçivəsində ona ittihamlar irəli sürülüb. Netanyahunun mümkün müttəfiqləri keçmiş müdafiə naziri Aviqdor Liberman və ultra-ortadoks yəhudi partiyaları arasında hərbi çağırışla bağlı narazılıq yaranması durumu qarışdırıb.

Həmin partiyalar gənc ruhanilərin məcburi hərbi xidmətdən azad olunmasını istəyir. Liberman və bir çox israilli isə onların da bu yükü daşımalı olduğunu düşünür.

42 gün ərzində hökuməti formalaşdıra bilməyən Netanyahu kənara çəkilmək əvəzinə Knessetin buraxılmasına nail olub, Libermanı onu devirməyə çalışmaqda ittiham edib. Liberman ittihamı rədd edib.

Yeni seçki, sonradan koalisiya qurulması noyabradək çəkə bilər. Bu isə Birləşmiş Ştatların İsrail-Fələstin münaqişəsinin həlli üzrə planının daha da yubanması deməkdir.

Fələstinlilər Trampın “əsrin sazişi” adlandırdığı planı rədd edib, onu özlərinin dövlətçilik ümidlərinə zərbə sayıb.

“İndi bu, artıq gələn əsrin sazişidir”, – Fələstinin danışıqlarda əsas təmsilçisi Saeb Erekat yeni seçkilər təyin olunandan sonra İsrail radiosuna deyib.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO