Mayın 29-da Bakıda ilk dəfə keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra qərarlar qəbul olunub
Rakus.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub.
Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.