Azərbaycanlı FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinatını alıb.
Rakus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həsənov San Marinoya yollanacaq.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda keçiriləcək San Marino – Litva oyununun baş hakimi olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Xatırladaq ki, görüş iyunun 5-də “Serravalle” stadionunda baş tutacaq.