Dünya 03.06.2019 15:27

Pompeo Aİ-ni rüsum tətbiq etməməyə çağırdı

ABŞ Avropa İttifaqının Amerika mallarına rüsum tətbiq etməməsini və istehsalçılar üçün bərabər şərait yaradılmasını istəyir.

Rakus.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo bu barədə “Rheinische Post” qəzetinə müsahibəsində deyib. “Biz Avropanın Amerika məhsullarına cərimə rüsumu tətbiq etməsini, ABŞ-a qarşı ədalətsiz ticarət addımları atmasını istəmirik”, – deyə o bildirib.

Onun sözlərinə görə, Prezident Donald Tramp ədalətli qarşılıqlı ticarət tərəfdarıdır. ABŞ öz kənd təsərrüfatı məhsullarını Avropada görmək istəyir. Bu, Amerika və Avropa İttifaqı arasında qarşılıqlı sərfəli ticarət münasibətlərinin davam etməsi üçün vacib şərtlərdən biridir.

Xatırladaq ki, Vaşinqton 2018-ci il iyunun 1-də Kanada, Meksika və Avropa İttifaqı ölkələrindən idxal olunan polad və alüminium məmulatlarına müvafiq olaraq 25 faiz və 10 faiz rüsum tətbiq edib. Onlar isə öz növbələrində ABŞ-a qarşı cavab tədbirləri görüb. Donald Tramp, həmçinin Amerika kompaniyalarına qarşı ticarət maneələri aradan qaldırılmayacağı təqdirdə Aİ ölkələrində istehsal olunacaq avtomobillərə əlavə rüsumlar tətbiq etməklə hədələyib.

ABŞ Prezidenti mayın 18-dək avtomobillərin və avtomobil istehsalı üçün ehtiyat hissələrin idxalına 25 faiz həcmində rüsum tətbiq edib-etməmək barədə qərar verməli idi. Lakin Donald Tramp ticarət tərəfdaşları ilə bu mövzu ətrafında danışıqları davam etdirmək məqsədilə rüsumların tətbiqini 180 gün müddətinə təxirə salıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO