Hərbi 03.06.2019 22:40

Nazir Milli Ordunun şəxsi heyətini təbrik etdi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bu barədə Rakus.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təbrikdə bildirilir ki, mərhəmət, şəfqət, xeyirxahlıq, humanizm hissləri aşılayan Ramazan ayını xalqımız həmişə böyük sevgi ilə yaşayır. Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində atdığı addımlar sayəsində əmin-amanlığın, qardaşlığın, həmrəyliyin təntənəsi olan müqəddəs Ramazan bayramını ölkəmizdə artıq uzun illərdir dövlət səviyyəsində də qeyd olunur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin davam etdirdiyi uğurlu siyasət və qətiyyətli islahatlar nəticəsində dövlətimiz daha da gücləndiyinin, iqtisadiyyatının dinamik inkişafının təmin edildiyinin qeyd olunduğu təbrikdə vurğulanır ki, respublikamız regionda lider olmaqla dünya dövlətləri sırasında öz layiqli yerini tutub.

“Müasir Azərbaycanın iqtisadi gücü qüdrətli ordu quruculuğunun da uğurla davam etdirilməsinə etibarlı zəmin yaradıb. Ordumuz ən müasir silahlarla təmin edilib, şəxsi heyətin döyüş əzmi yüksəlib, mənəvi-psixoloji təminatı daha da gücləndirilib, sosial məişət şəraitin yaxşılaşdırılması məqsədi ilə böyük addımlar atılıb. Bu gün peşəkarlığını, döyüş qabiliyyətini daim artıran Ordumuzun şəxsi heyəti inamla xidmətini davam etdirir və Ali Baş Komandanın bütün əmr, göstərişlərini məsuliyyətlə yerinə yetirməyə qadirdir. Müqəddəs Ramazan bayramı münasibətilə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edir, şəhid ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi və veteranlarımızı təbrik edir, onlara ən xoş arzularımı çatdırıram”, – təbrikdə qeyd edilir.

Əminliklə bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək şəxsi heyət torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO