Tramp müsəlmanlara ən xoş arzularını çatdırdı - FOTO
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və dünya ölkələrində müsəlmanları müqəddəs Ramazan ayının başa çatdığı zaman qeyd etdikləri bayram münasibətilə təbrik edib.
Rakus.az xəbər verir ki, Ağ evin açıqladığı təbrik mesajında ABŞ prezidenti özü və birinci xanım Melaniya Trampın adından müsəlmanlara ən xoş arzularını çatdırdığını bildirib.
Donald Tramp Ağ Evdə iftar süfrəsi açıb
Trampın təbrikində daha sonra deyilir: “Birləşmiş Ştatlarda və bütün dünyada bu müqəddəs gün müsəlmanlara daha az imkanı olanlara kömək etmək, onların Allaha olan inamını gücləndirmək, eləcə də ibadət etmək və başqaları ilə ünsiyyət qurmaq üçün təəhhüdlərini yeniləmək imkanı verir.
Biz ümid edirik ki, bu bayram onu qeyd edilənlərə sevinc və sülh gətirəcək. Biz dua edirik ki, bütün dünyada icmalar Allahın sevgi, bağışlanma və xoş niyyət kimi bol dualarını hiss etsin.
Bayramınız mübarək.”