Mədəni 04.06.2019 14:40

Əbülfəs Qarayev təbrik etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini islam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Rakus.az xəbər verir ki, Nazirlikdən daxil olan məlumata görə, təbrikdə qeyd olunur ki, Azərbaycan tarixən islam dəyərlərinin qorunub yaşadıldığı məkan kimi tanınıb. Ölkəmizdə islam irsi ilə bağlı abidə və ocaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdəndir. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılaraq istifadəyə verilib.

Vurğulanır ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın müsəlman aləmi ilə əlaqələrinin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlayırdı. Azərbaycanın müsəlman ölkələri ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atmışdı. Ümummilli lider ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin inkişafına da öz töhfələrini vermişdi. Möhkəm təməllər üzərində qurulan bu əlaqələr, sonradan Prezident İlham Əliyev tərəfindən daha da genişləndirildi, Azərbaycan islam ailəsinin etibarlı üzvü kimi böyük nüfuz qazandı. Bu sahədə həyata keçirilən işlərin nəticəsidir ki, 2009-cu ildə Bakı şəhəri, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” kimi yüksək missiyanı yerinə yetirib. 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi müsəlman aləminin Azərbaycana göstərdiyi böyük etimadın bariz nümunəsi idi.

Təbrikdə daha sonra deyilir: “İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı Azərbaycan xalqının mənəvi dünyasında xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz birgəyaşayışın, bərabərlik və qarşılıqlı anlaşmanın ideal məkanı, xalqımız isə bu kimi mütərəqqi dəyərlərin sadiq daşıyıcısıdır. Ramazan bayramının fitrət və fəlsəfəsinin əsasını mənəvi zənginlik, nəfsinə hakim olmaq, yardımlaşmaq təşkil edir və orucluq ayini insanın sosial məsuliyyət hissini bir daha xatırladır”.

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO