Mədəni 04.06.2019 21:00

Repressiya dövrünün qaranlıq səhifələrinə işıq saçan muzey  - FOTO

Qeyd edək ki, 1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması bu barədə araşdırmaların aparılmasına və tarixi həqiqətlərin üzə çıxmasına imkan verilmirdi. Yalnız müstəqillik illərində – 1996-cı il martın 15-də ulu öndər Heydər Əliyevin təsdiq etdiyi “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildi. Elə bundan sonra həmin illərdə baş verən repressiyalar barədə genişmiqyaslı tədqiqatların aparılmasına, bir neçə onillik ərzində gizli saxlanılan məlumatların üzə çıxarılmasına başlanıldı. Repressiyalar haqqında vətəndaşlarımızın, xüsusilə gənclərimizin dəqiq və dolğun məlumatlar əldə etməsi baxımından Dövlət Sərhəd Xidmətinin inzibati binasında açılan “Siyasi repressiya qurbanları muzeyi”nin əhəmiyyəti çox böyükdür.

Muzeydə yaradılan şəraitlə tanış olmaq üçün AZƏRTAC-ın çəkiliş qrupu “Siyasi repressiya qurbanları muzeyi”ndə olub.

Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir. Buradakı ekspozisiyalarda 1920-1950-ci illərdə sovet dövlətinin yürütdüyü siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşların repressiyaya məruz qalmasını çox aydın görmək olar. Muzeyin DSX-nin inzibati binasında yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnmə yerləri olub. Xalqımızın tarixində ağrılı səhifə olan repressiya dövrü ilə bağlı həqiqətlərin, tarixi faktların vətəndaşlarımıza, gənclərimizə dolğun çatdırılması məqsədilə muzeyin yaradılması qərara alınıb.

Muzeyin əsas zalında “Ümid işığı” kompozisiyası zindan qapısından şölə kimi saçan işıq – repressiyaya məruz qalanların günahsız olduqlarını və əzizlərinin onların bəraət alacaqlarına ümidlənməsini, o səbəbdən insanların ümid işığına doğru can atmalarını simvolizə edir.

“Bütün yollar sonsuzluğa” kompozisiyası qatarın vaqon taxtalarının arasından çıxan əzilmiş, dırnaqsız barmaqlar – məhkum olunmuşların işgəncələrə məruz qalaraq günahlandırmalarını, tikanlı məftillərə ilişmiş protokollar, ittihamnamələr, hökmlər və sair isə məhkumların bu zamandan etibarən həyatlarının puç olaraq tikanlı məftillər arxasında keçirəcəklərini göstərir.

Növbəti “Çemodan burulğanı” kompozisiyasında repressiyaya məruz qalan insanların, sovet dönəmində haqsızlıq burulğanına düşmələrini əks etdirir.

Muzeydə çox təsiredici kompozisiyalardan biri isə “Günahsız müqəssir”dir. Burada işgəncəyə məruz qalan insanın ümidsiz vəziyyətdə boşluğa yönələn baxışları onun həyatının sona çatmasının uzaqda olmadığını simvolizə edir.

Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri yer alıb. Azərbaycanda repressiyanı “qanuniləşdirən” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərardır. Bu qərara əsasən terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kasasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

“Bataqlığa aparan yol” kompozisiyası sovet dövlətinin yazıçı, ziyalı, din xadimi, hərbçi, bir sözlə millətin öndə gedənlərini repressiyaya məruz qoyduğunu göstərir.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə qayıdan 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr edilən lövhədə güllələnmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer alan maraqlı faktlardandır. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Təqdim edilən sənədlərdə dahi mütəfəkkirimizin sovet dönəmində üzləşdiyi repressiyalar ifadə olunub. Növbəti lövhədə Azərbaycan ziyalılarının məruz qaldıqları repressiyalardan bəhs edilir. Burada şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. “Deportasiya siyasəti” adlanan lövhədə yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə nəticələnən SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi, Ermənistanda yaşayan azərbaycanlıların problemlərinə kifayət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin lövhədə Sovet İttifaqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanlarının Azərbaycanda yaşayan almanların və İran təbəəsi olan azərbaycanlıların respublikadan çıxarılmaları haqqında sənədlərin surətləri də yerləşdirilib. 1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simaları – parlament və hökumət üzvləri olublar.

Bir çox müsavatçıların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin siyasi rəqiblərinə qarşı nə qədər amansız olmalarından xəbər verir. Həmin illərdə Azərbaycanın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşkilində repressiv orqanlarda o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd edilib.

Muzeydə yer alan maraqlı kompozisiyalardan biri isə “Güllələnmə kompozisiyası” adlanır. Kompozisiya ölüm hökmü almış şəxslərin güllələnmələrini əks etdirir. Mikayıl Müşfiq, NKVD zabiti, həkim prototiplərinin yer aldığı kompozisiya həmin dövrdə güllələnmə prosesinin necə aparılması barədə təsəvvür yaradır.

“Cəhənnəm əzabından qurtuluş” qorelyefi əzablardan qovrulan insanın zindanın divarını yararaq, içəridəki cəhənnəm alovundan qurtulmasını simvolizə edir.

“Azadlığı istəmirəm zərrə-zərrə. Qram-qram…” qorelyefi on minlərlə insanın əzablarına şahid olmuş və özü də bu əzabı yaşamış məhbus son gücünü toplayaraq azadlıq yanğısını, lakin onun bu zindandan qurtuluş olmadığını da anlamasını əks etdirir. Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranışları barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə, güllələnmə otaqları orijinal görünüşdə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.

“İşgəncə məngənəsi” qorelyefi isə işgəncələrə məruz qalan insanların əzablarını simvolizə edir.

Diqqətçəkən məkanlardan biri də məhkəmə proseslərinin aparıldığı otaqdır. Bu məkanda eyni vaxtda üç qərar birdən verilirmiş.

Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin dindirilməsini əks etdirən guşə isə çox maraqlıdır.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keçmiş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan siyasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çəkmiş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilənmiş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, siyasi repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edilməsi, qanunsuz təqib olunan şəxslərə məxsus sənədlərin və əşyaların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant Aliyə Piriyeva bildirib ki, muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.

Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə siyasi repressiya qurbanlarının nəvə və nəticələrindən, yaxın qohumlarından xahiş edir ki, muzeyin fondlarının zənginləşdirilməsinə töhfə verə biləcək şəkillər, sənədlər varsa təqdim etsinlər.

Qeyd edək ki, muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə edilib. Qazaxıstan “ALJİR” siyasi repressiya muzeyi tərəfindən də sənədlər təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib.

Bir sözlə “Siyasi repressiya qurbanları muzeyi” vətəndaşlarımızın, şagirdlərimizin və gənclərimizin o dövrkü repressiya haqqında dərin biliklərə yiyələnməsində də mühüm rol oynayacaq.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO