Zelenski NATO-nun Baş katibi ilə görüşdü – YENİLƏNDİ
“Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı strateji kursu dəyişməz olaraq qalır”.
Rakus.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə brifinqdə söyləyib.
“NATO-ya üzvlük Ukraynanın Konstitusiyasında qeyd edilib və bu, bizim xarici siyasətimizin prioritetidir”, – V.Zelenski bildirib.
Dövlət başçısı deyib ki, Ukrayna həyat səviyyəsini qaldırmağa, korrupsiyaya qarşı mübarizəni gücləndirməyə, dövləti modernləşdirməyə çalışır. Bu isə yalnız milli təhlükəsizlikdən sonra mümkündür: “Biz Rusiya ilə Minsk razılaşması çərçivəsində danışıqlara hazırıq. Ancaq ilk növbədə hərbi və iqtisadi potensialımızı artırmaqla güclü müdafiəyə qadir olmalıyıq”.
Vladimir Zelenski vurğulayıb ki, Qara dəniz regionunda təhlükəsizliyin bərpası üçün NATO qüvvələrini daha da artırmalıdır.
***
Ukrayna Prezidenti Vladimir Zelenski ölkə başçısı kimi ilk səfərini Brüsselə edərək, NATO liderləri ilə görüşəcək.
Rakus.az xəbər verir ki, V.Zelenski iyunun 4-də NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb, alyansın qərargahında NATO-Ukrayna komissiyasının iclasına qatılacaq.
Ukrayna Prezidentinin ölkənin şərqindəki təhlükəsizlik durumunu, “müharibəni bitirməkdən ötrü beynəlxalq cəhdləri gücləndirməyin yollarını müzakirə edəcəyi” bildirilir, onun idarəsi bu haqda məlumat yayıb.
Sözçüsü Yulia Mendel deyib ki, o, səfəri zamanı Ukraynanın “Avropaya və Avro-Atlantik inteqrasiyaya doğru kursunu” bir daha təsdiqləyəcək.
NATO-Ukrayna komissiyası rəsmi Kiyevlə alyans arasında əməkdaşlığın əsas formatıdır.
Zelenski iyunun 5-də Avropa Şurasının prezidenti Donald Task, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Polşa prezidenti ilə görüşəcək.
Xatırladaq ki,komediya ustası olan Zelenski Petro Poroşenkonu böyük səs fərqilə məğlub edtdikdəndən sonra mayın 20-də and içərək vəzifəsinə başlayıb.