Yaponiya istehlak vergisini artıracaq
Yaponiya hökuməti plana uyğun olaraq oktyabrda istehlak vergisini artırmağı nəzərdə tutur.
Rakus.az xəbər verir ki, NHK telekanalı hökumətdəki mənbələrə istinadla belə məlumat yayıb. Bildirilir ki, cari ilin iqtisadi və fiksal siyasətində buna uyğun olaraq tərtib edilən qaydalar öz əksini tapacaq.
Hökumət, həmçinin iqtisadi sabitləşdirmə tədbirlərinin həyata keçirilməsini də nəzərdə tutur. Bir sıra iqtisadçılar bunun iqtisadi inkişaf tempinə göstərə biləcəyi mənfi təsiri nəzərə alaraq ehtiyatlı olmağa çağırırlar.
Xatırladaq ki, Yaponiya hökuməti maliyyə sistemini sağlamlaşdırmaq və sosial sığorta sistemini maliyyələşdirmək məqsədilə istehlak vergisini 8 faizdən 10-ə qaldırmağı planlaşdırır.
Hökumət, həmçinin istehlak vergisinin artırılmasından sonra baş verə biləcək titrəyişlərlə əlaqədar problemlərin həlli üçün xüsusi siyasətin hazırlanması ilə də məşğul olacaq.