Hislərlə emosiyalar vəhdət təşkil edir –Jurne
Möhtəşəm konsert oldu, müğənninin ecazkar səsi var. İfa olunan musiqi əsərləri Azərbaycan dilində olsa da, onların poetik olmasını musiqidən anladıq. Hisslərlə, emosiyalarla dolu musiqi idi. Azərbaycan mahnıların sözlərinin tərcümə edilməsi yaxşı olar.
Rakus.az xəbər verir ki, bu sözləri ölkəmizin Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan qadınlarına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsertin dinləyicisi Klod Jurne müsahibəsində bildirib.
Konsertdə Xalq artisti Fidan Hacıyevanın ifasında “Karmen”i çox sevdiyini deyən fransalı tamaşaçı onun ifasının yüksək səviyyəli olduğunu da qeyd edib.
“Bu mənim çox sevdiyim klassik mahnıdır. Müğənninin xüsusi ifa tərzi var, onu müşayiət edən musiqiçilər də peşəkardırlar. Konsert dinləyicilərin könlünü oxşayıb. Tamaşaçıların fəal olmasını xüsusi qeyd edərdim. Tamaşaçıların musiqidən həzz aldıqlarını, maraqlandıqlarını gördük. Bu çox vacibdir. Konsertdən sonra onların müğənni ilə görüşü, söhbətləri, sualları maraqlı idi”, – deyə Kold Jurne bildirib.
Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzini mədəniyyətlərin mübadilə mərkəzi adlandırardım. Burada çox maraqlı mədəniyyət tədbirləri keçirilir və bu Azərbaycan mədəniyyətini tanımağa imkan yaradır”-deyə K. Jurne bildirib. (AZƏRTAC)