Tokayev səs verdi
Qazaxıstanın fəaliyyətdə olan Prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində səs verib.
Rakus.az xəbər verir ki, Kasım-Jomart Tokayev Nur-Sultan şəhərində “Astana Opera”nın binasında yerləşən 115 nömrəli seçki məntəqəsində səs verib.
Xatırladaq ki, bu gün Qazaxıstanda yerli vaxtla saat 07:00-dan səsvermə başlanıb və 20:00-dək davam edəcək. Bununla yanaşı, Qazaxıstan vətəndaşları 15 xarici ölkədə səs verirlər. Seçicilərin səs verməsi üçün ölkə ərazisində və onun hüdudlarından kənarda 9968 seçki məntəqəsi fəaliyyət göstərir. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min 19 vətəndaş daxil edilib.
Yeddi namizəd, o cümlədən fəaliyyətdə olan Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti olmaq uğrunda seçkiyə qatılıb.