Yaponiya və ABŞ danışıqları davam etdirəcək
Yaponiya və ABŞ-ın rəsmi nümayəndələri ticarət razılaşması ilə bağlı irəliləyişə nail olmaq üçün bu gün Vaşinqtonda görüşəcəklər.
Rakus.az xəbər verir ki, kənd təsərrüfatı məhsulları və avtomobillərlə bağlı tariflər barədə fikir ayrılıqları gündəlikdə duran əsas məsələlərdir.
İyunun 10-da başlayacaq işçi müzakirələrdə Yaponiyanın Kənd Təsərrüfatı və Sənaye nazirliklərinin nümayəndələri iştirak edəcəklər.
Yaponiya ABŞ-ın avtomobil və digər məhsullarla əlaqədar tarifləri endirməsinə çalışır. Vaşinqton isə Yaponiyanın kənd təsərrüfatı rüsumlarını endirməsini istəyir.
Bununla yanaşı, Yaponiya öz bazarlarını ABŞ-ın çıxdığı Trans-Sakit okean Tərəfdaşlığı (TPP) və ya azad ticarət barədə razılaşmada nəzərdə tutulduğundan artıq açmaq istəmir.
İşçi müzakirələrdən sonra iyunun 13-də Vaşinqtonda danışıqlar daha yüksək səviyyədə davam etdiriləcək. Həmin danışıqlarda Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moteqi və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer iştirak edəcəklər. Onların ticari müzakirələri yekunlaşdırmaq üçün cədvəli təsdiq edəcəkləri gözlənilir.