Hərbi 10.06.2019 21:40

Hərbi sahədə Azərbaycan-Gürcüstan münasibətləri – TARİXİ ASPEKT

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanla Gürcüstan arasında hərbi-diplomatik münasibətlər qurulmasının 100 illiyinə həsr olunmuş “Hərbi sahədə Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülünün tarixi aspektləri (tarixi oçerk)” kitabı çapdan çıxıb.

Rakus.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Qafqaz xalqları kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktur və elm şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev və professor Mamuka Qoqitidzenin birgə əməyi ilə ərsəyə gəlmiş kitabın mövzusunun seçimini 1918-1921-ci illərdə Azərbaycanla Gürcüstan arasında dövlət, o cümlədən hərbi-diplomatik münasibətlər tarixinin öyrənilməsinin və ümumiləşdirilməsinin aktuallığı şərtləndirib.

Geniş oxucu auditoriyasına təqdim edilən bu tədqiqat əsəri həmin mövzuya dair ümumiləşdirilmiş tarixi materialdır. Burada 1918-ci ilin mayında müstəqillik qazandıqları dövrdə Azərbaycanda və Gürcüstanda baş verən əsas hərbi-tarixi hadisələr işıqlandırılıb. Kitabda hərbi sahədə Azərbaycan-Gürcüstan əməkdaşlığının yaranması tarixinə xüsusi yer ayrılıb, Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət edən və əslən gürcü olan 6 general, 64 böyük və kiçik zabit, habelə məmurlar barədə məlumatlar ilk dəfə sistemləşdirilmiş və ümumiləşdirilmiş şəkildə təqdim olunub.

Tədqiqat əsərində dost və qardaş Azərbaycan və gürcü xalqlarının tarixinin dramatik və eyni zamanda əlamətdar səhifələri, o cümlədən 1918-ci ildə müstəqilliyin əldə edildiyi dövrdə Bakı ilə Tiflis arasında hərbi sahədə diplomatik münasibətlərin qurulması tarixi həqiqi faktlar və hadisələr əsasında bütün dolğunluğu ilə canlandırılıb.

Kitab geniş oxucu auditoriyası, dövlətlərarası münasibətlər məsələlərini öyrənən tədqiqatçılar, habelə Azərbaycan Respublikasının ali humanitar məktəblərinin və xüsusi təyinatlı tədris müəəssisələrinin müəllim, tələbə və kursantları üçün nəzərdə tutulub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO