Dünya 11.06.2019 13:30

Ermənilər Gürcüstanın daha bir kilsəsini saxtalaşdırır

 

 

Erməni mətbuatının David Qareci monastrına dair süni surətdə iddialar etdikləri bir vaxtda gürcü ibadətgahlarının ermənilər tərəfindən dağıdılması prosesi də davam etməkdədir. Gürcüstan ictimaiyyətinin diqqətinin David Qareci məsələsinə yönəldiyi bir zamanda erməni millətçiləri Axalkələk bələdiyyəsinin Korxi kəndindəki qədim gürcü kilsəsini qəsdən məhv etmişlər.

Axalkələk bələdiyyəsinin Korxi kəndindəki Müqəddəs Stepan kilsəsinin məhv edilməsi faktını Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyi qeyd edir. Sözügedən agentlik kilsədə aparılan işləri vandalizm kimi xarakterizə edərək bu barədə rəsmi feysbuk səhifələrində məlumat verirlər. Hesabatda qeyd olunur ki, “İcazəsiz qərarın və “tikinti işi”nin təşəbbüskarı olan Yurik Tsarukyan kilsənin XIX əsrdəki xarici görkəmini dəyişmişdir. Mədəni irs abidəsinin divarları güclə dağıdılmış və məbədin fasadlarından biri isə demək olar ki məhv edilmişdir.”

Mayın 10-da Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin əməkdaşları, işlərin icazəsiz olaraq həyata keçirildiyini öyrənmişlər. Gürcüstanın “Mədəni İrsin Öyrənilməsi haqqında” qanununun 30-cu maddəsi əsasında Yurik Tsarukyana gördüyü işləri dayandırmaq və mövcud qanunvericiliyə uyğun olaraq aşağıdakı tələbləri yerinə yetirmək barədə yazılı xəbərdarlıq göndərilmişdir:

  • Abidənin bütün növ işləri dərhal dayandırılmalıdır;
  • Mütəxəssislərin nəzarəti altında kilsənin təməli dəmir-betonla möhkəmləndirilməli və proses hesabat üçün videoya çəkilməlidir.
  • Bir ay müddətində qalan işlərin görülməsi üçün Mədəni İrsin Qorunması üzrə Milli Agentlikdən icazə alınmalıdır.

Agentliyin yazdığına görə, Yurik Tsarukyan tikintiyə görə razılığın alınmasına dair tələbləri yerinə yetirməkdən imtina etmişdir. Nəticədə, bu il mayın 21 – də Agentlik, İnzibati Xətalar Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, hesabat hazırlayaraq Yurik Tsarukyanı 5000 lari həcmində cərimə etmişdir.

Ancaq buna baxmayaraq Gürcüstan məbədinin dağıdılması davam etdirilmişdir. Agentliyin yazdığına görə, xəbərdarlıq və cərimələrə baxmayaraq, kilsədəki işlər icazəsiz davam etməkdədir. Bunun artıq cinayət məsuliyyəti olması belə erməni vandallarını dayandırmır. Agentliyin işçiləri isə hüquq qaydalarının pozulması faktını araşdırmağa davam edəcəklər.

Qeyd etmək lazımdır ki Gürcüstandakı Erməni Apostol Kilsəsinin Tbilisidəki erməni millətçiləri Korxi kəndindəki kilsəni rəsmi olaraq iddia etdikləri 442 Gürcüstan kilsəsinin siyahısına daxil etmiş və ermənilərə aid olduğunu iddia etmişlər.

Bu kilsə Axalkələk bələdiyyəsinin kilsələri arasında sayca 33-cüdür. 1830-cu illərdəki Korxi və Surb Stepanos (Surb Qriqor Lusavoriç ) 1884-1890-cı illərdə bərpa olunmuşdur – bu məlumat rəsmi Ermənistanın iddiasına əsaslanır. Lakin bu məlumat tamamilə yalandır. Çünki Korxi kilsəsi orta əsrlərdə tikilmiş bir gürcü kilsəsidir ki o zamanlar da Samtsxe-Cavaxetiyada heç bir erməni yox idi.

1830-cu ildə kilsə ermənilər tərəfindən tutulmuşdur. 1884-1890-cu illərdə ermənilər tərəfindən ələ keçirilən gürcü kilsələrində təmir işləri aparılmış, kilsələrin gürcülərə mənsub olduğunu isbat edən dəlillər məhv edilmiş, yerinə isə erməni yazısı olan saxta daşlar qoyulmuşdur.

Buna baxmayaraq, Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentliyinin mütəxəssisləri kilsəni araşdırmağa başladıqları zaman dərhal Korxi kəndindəki kilsənin gürcülərə aid olduğunu təsbit etmişlər. Ermənilər isə onu “erməni abidəsi” adlandıraraq yerinə guya ermənilərə aid olduğunu sübut edən saxta daşlar qoymuşlar. Bu isə XIX əsrin sonunda, ermənilər tərəfindən Gürcüstan kilsələrinin kütləvi şəklidə mənimsənilməsi dövründə baş vermişdir. Kilsənin təməlinin və divarlarının gürcülərə mənsub olmasını istənilən mütəxəssis sübut edə bilər. Bundan əlavə, 1890-cı ildəki təmiri dövründə vəhşicəsinə dağıdılmış məbəd kompleksinin məzar daşlarını ermənilər mənimsəmişlər.

Kilsənin bu cür vəhşicəsinə məhv edilməsinin qarşısını almaq üçün Gürcüstanın Mədəni İrsinin Qorunması üzrə Milli Agentlik, Axalkələk bələdiyyəsinin Korxi kəndində yerləşən Müqəddəs Stefan kilsəsinin dağıdılmasının qarşısını almaq üçün kilsəni öz himayəsi altına aldı. Kilsənin himayə altına alınması 2017-ci il iyunun 30-da Mədəniyyət abidələrinin müdafiəsi üzrə Milli Agentliyin direktoru Nikoloz Antidzenin tapşırığı ilə yerinə yetirildi.

Müqəddəs Stefan kilsəsi kəndin şimal-şərq hissəsində yerləşir. XIX əsrin sonunda tikilmişdir. Daha əvvəllər kilsənin şərq tərəfində yerləşən zəng qülləsinin yeri dəyişdirilmişdir. Şərqə tərəf olan divarların yaxınlığında orta əsrlərin təsvirləri olan qəbir daşları tikilmişdir. Kilsənin cənub-qərb küncündə guya kilsənin ermənilərə aid olmasına dair saxta yazı qeyd olunmuşdur. Kilsə haqqında olan bu məlumatlar Gürcüstanın Mədəni İrs Agentliyinin saytında qeyd olunmuşdur. Kilsədəki saxta erməni yazısı guya 1890-cı ilə əsaslanır və beləliklə də ermənilər kilsəni sıfırdan qurduqlarını iddia etməyə çalışaraq qədim gürcü kilsəsini tutmadıqlarını iddia edirlər.

Lakin ermənilər, kilsəni mənimsəmə cəhdlərinə baxmayaraq Gürcüstanın Mədəni İrs Agentliyinin mütəxəssislərini aldatmağı bacarmadılar. Çünki mütəxəssislər dərhal kilsənin təməlinin orta əsrlərə aid olduğunu, əvvəllər bu yerdə yaşayan qədim gürcü kilsəsinin tikinti elementlərinin ermənilər tərəfindən qəsdən məhv edildiyini artıq qeyd etmişlər.

Korxi kəndindəki gürcü kilsəsinin erməni mənşəli olmasını isbat etməyin mümkün olmadığını başa düşdükləri üçün erməni vandalları kilsənin fundamentinə qədər bərpa adı altında Gürcüstana aid olan bütün izləri məhv etmişlər.

Əslində Gürcüstan hakimiyyətinin Gürcüstan ərazisindəki erməni qəsəbələrində yerləşən bütün gürcü türbələrini qoruması heç də gec deyil. Əgər bu istiqamətdə müvafiq tədbirlər görülməsə onda gürcü mədəniyyətinin qiymətli abidələri eləcə də gürcü xalqının türbələri, Korxi kəndində olduğu kimi ermənilər tərəfindən vəhşicəsinə məhv ediləcək. Ermənilərin isə iddia etdikləri gürcü kilsələri hər an dağılma təhlükəsi ilə qarşı-qarşıyadır.

Kamal Salayev,

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

E–mail: kamalsalayev1988@gmail.com

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO