Parlamentin gənc deputatları seçildilər
Gürcüstan parlamentində gənclərin inteqrasiyasına yardım məqsədilə reallaşdırılan dörd aylıq staj proqramı başa çatıb.
Rakus.az xəbər verir ki, parlamentin 15 komitəsinin dəstəklədiyi proqramda azərbaycanlılar da daxil olmaqla 700-dən çox gənc iştirak edib. Staj proqramının yekunlarına həsr olunmuş tədbirdə fəal gənclərə parlamentin “gənc deputat” mandatı verilib. Eyni zamanda, parlamentin yerli özünüidarəetmə komitəsində gənclərlə iş üzrə yaradılmış bölməyə seçki keçirilib. Gürcü gənclərlə yanaşı, iki azərbaycanlı gənc də komitəyə üzv seçilib.
Gürcüstanın Laqodexi rayonunun Qabal olan Elvin Tağıyev və Marneuli rayonunun Əzizkənd kəndlərindən olan Təmkin Nağıyev komitənin üzvü seçilməklə yanaşı, “gənc deputat” mandatına sahib olublar.
Tədbirdə çıxış edənlər gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar.