Dünya 14.06.2019 22:42

Vyanada “düşünən” işıqforlar quraşdırılır

Avstriyanın paytaxtı Vyana şəhərində “düşünən” işıqforların tətbiqinə başlanılacaq.

Rakus.az xəbər verir ki, bu ilin payızından etibarən quraşdırılacaq kameralar və proqram təminatı ilə təchiz olunmuş işıqforlar yaxınlıqda hərəkət edən piyadaların rəftarını analiz edəcək. Kompüter proqramı səkkiz metrlik radiusda piyadaların hərəkət istiqaməti, sürəti və yeriş tərzi əsasında işıqforun fəaliyyətini müstəqil şəkildə tənzimləyəcək. Eyni zamanda, piyadaların hərəkətinin gur olduğu saatlarda işıqforlar müvafiq reaksiya verə biləcək. Bununla da avtomobil-piyada hərəkətinin daha yaxşı tənzimlənəcəyinə, sistemin yolu keçmək istəyən piyada olmadıqda avtomobillərin hərəkəti üçün daha çox vaxt ayıracağına, yekunda isə nəqliyyatın hərəkətinin təhlükəsizliyinin artacağına ümid edilir.

“Wien Leuchtet” (Vyana işıq saçır) şirkətinin təmsilçisi Harald Bekerti bildirib ki, yeni işıqforlar artıq bir neçə ildən bəridir Vyanada sınaqdan çıxarılır və sistem mütəmadi olaraq inkişaf etdirilir. İntellektual işıqfor sistemi Qrats Universitetinin bir qrup alimi tərəfindən hazırlanıb.

H.Bekerti deyib ki, hazırda sistemin yanlış reaksiya göstərməməsi üçün işlər görülür. Belə ki, işıqfora yaxınlaşan insanın yolu keçmək istəməsi və ya sadəcə olaraq onun yanı ilə hərəkət etməsi kompüter proqramı tərəfindən daha dəqiq analiz edilməlidir. Bununla da gələcəkdə müstəqil fəaliyyət göstərməli olan işıqforların nəqliyyatda xaos yaratma ehtimalı aradan qalxmalıdır.

Sentyabr ayından başlayaraq şəhərin bir neçə mühüm yol kəsişməsində quraşdırılacaq yeni sistemin sınaq mərhələsindən sonra şəhərin bütün ərazisində tətbiqi nəzərdə tutulur.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS