Dünya 16.06.2019 13:40

Yaponiya sübut tələb etdi

Yaponiya hökuməti ABŞ-dan Ormuz boğazında iki tankerə İran tərəfindən hücumun təşkili ilə bağlı daha çox sübut tələb etdiyini bəyan edib.

Rakus.az xəbər verir ki, bu barədə ABŞ-a sorğu dövlət katibi Mayk Pompeonun hücumla bağlı heç bir dəlil gətirmədən İranı ittiham etməsindən sonra göndərilib. Bundan bir qədər sonra ABŞ Müdafiə Nazirliyi Yaponiyaya məxsus “Kokuka Courageous” tankerinin göyərtəsindən İrana məxsus olduğu güman edilən patrul gəmisinin partlamamış minanı götürməsini əks etdirən video yayımlayıb. Lakin Yaponiya hökumətindəki mənbələr bunun fakt olmasına şübhə ilə yanaşıblar. Yüksək vəzifəli məmurlardan biri bildirib ki, ABŞ-ın izahı şübhələrin dağılması üçün əsas vermir.

Yaponiya hökuməti hazırda müxtəlif kanallar, o cümlədən xarici işlər naziri Taro Kono vasitəsilə daha konkret sübutlar axtarır.

İyunun 13-də mətbuat konfransında M.Pompeo elan edib ki, kəşfiyyatın məlumatları, əməliyyatın icrası üçün istifadə edilən silahlar, təcrübə səviyyəsi, bu yaxınlarda İran tərəfinin gəmilərə hücumu və ərazidəki digər qrupların həmin əməliyyat üçün kifayət qədər ehtiyatlara və bacarığa malik olmaması ABŞ-ın həmin nəticəyə gəlməsinə əsas verib.

Lakin Ş.Abeyə yaxın olan mənbələr bunların İran tərəfini günahlandırmaq üçün kifayət etmədiyini bildiriblər. Hətta həmin mənbə deyib ki, ABŞ-ın sadəcə təsdiq etməsinə əsaslanaraq, Yaponiya buna inana bilməz.

Xarici İşlər Nazirliyindəki mənbə isə bildirib ki, hücumun icrası üçün təcrübəyə gəlincə, yalnız İran deyil, eyni zamanda ABŞ və ya İsrail də təqsirləndirilə bilər.

Xatırladaq ki, tankerlərə hücum Ş.Abenin İranın Ali rəhbəri Əli Xameneyi ilə Tehranda görüşü zamanı baş verib.

Baş nazirə yaxın mənbə bildirib ki, bu hücum ABŞ ilə İran arasında vasitəçi olmağa çalışan Baş nazirin nüfuzuna böyük zərbə vurub. Bu mənbə deyib ki, məsələ çox ciddidir və faktların dəqiqləşdirilməsi zamanı səhvə yol vermək olmaz.

Yaponiya hökuməti hücuma görə kimin məsuliyyət daşıması ilə bağlı hələlik şərh verməkdən çəkinir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO