Şou 18.06.2019 11:45

“Həyəcan mövsümü” başladı - FOTO

İyunun 14-də bütün baxışlar doğma Bakımızın ən sevilən ticarət və əyləncə mərkəzi “Megafun”a dikilmişdi. Bu da təsadüfi deyil. Həmin gün burada “Həyəcan mövsümü” lotereyası elə adı qədər həyəcanlı bir şəkildə start götürdü. Bu həyəcanın 2 səbəbkarı var idi. Biri möhtəşəm hədiyyələrlə dolu lotereya, digəri isə səhnəmizin divası, xalq artisti Aygün Kazımova.

Rakus.az xəbər verir ki, Məhz onun canlı konsertiylə bu lotereya uğurlu bir şəkildə başladı.

Hamıya yaxşı məlumdur, harda “Megafun” var, orda bənzərsiz həyəcan var. Harda Aygün var, orada coşqu var, musiqi bayramı var. Bu dəfə də belə oldu. Populyar aparıcı Nəsib Nurun apardığı və DJ Kənan Drumsın iştirakı ilə keçən konsertdə insanlar həm əyləndilər, həm böyük zövq aldılar, həm də lotereya ilə bağlı bütün bilgilərə sahib oldular. Artıq hamıya məlumdur, əylənərək, alış-veriş edərək, gözəl vaxt keçirərək möhtəşəm hədiyyələr qazanmağın ünvanı “Megafun”dır. Çünki burada xərclədiyiniz hər 50 manat sizə 1 lotereya kuponu qazandırır. Bu kupon isə öz növbəsində sizi sentyabrın 14-də keçiriləcək ilk uduşda  onlarla bir-birindən gözəl hədiyyələrlə yanaşı, 2 ədəd “Wolksvagen Polo” avtomobilinin şanslı sahibi edə biləcək.

Bilirsiniz ki, “Megafun” Ticarət və Əyləncə Mərkəzində hər zövqə uyğun, hər növ ləzzətli təamlar təqdim edən kafe və restoranlar var. Çoxumuz ailələrimizlə, dostlarımızla məhz orda görüşür, həm yeməklərdən, həm də xoş ortamdan zövq alırıq. İndi bu zövqə bir də qazanma şansı qatılır. Eyni şeyi atraksionlara, gözəllik salonlarına, mağazalara da şamil etmək mümkündür. 50 manatdan başlayan bütün çekləriniz 1 kupon şəklində sizə dönəcək axı. Çox xərclədikdə isə bu şansınız da artacaq və sizi arzunuza daha da yaxınlaşdıracaq.

“Həyəcan mövsümü” uduşlu lotereyasının ilk turu sentyabrın 14-də başa çatacaq və bu böyük hadisə Xəzər TV-nin canlı efirində yayımlanacaq. Gördüyünüz kimi, hər kəsin böyük uduşlarda şansını artırmaq üçün kifayət qədər vaxtı var.

Hər kəsə uğurlar arzu edirik!

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO