Hərbi 19.06.2019 13:00

Zakir Həsənov ordumuzun real durumunu açıqladı

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla jurnalistlərin görüşü və çoxsaylı suallara verilən cavablar ordu quruculuğu, dövlətin orduya münasibəti, aparılan islahatlar, xalq-ordu vəhdəti, düşmənlərimizin real hərbi durumu və bir çox məsələlər baxımından son dərəcə vacib və dəyərli oldu. Mətbuat konfransından bir qədər əvvəl nazirliyin mətbuat katibi, polkovnik Vaqif Dərganlı, konfrans başlayanda isə nazır xüsusi olaraq belə bir fikri bildirdi: “İstənilən suallarınızı verə bilərsiniz”. Bu görüşün son dərəcə səmimi, açıq və şəffar keçəcəyinə işarə idi və belə də oldu. Konfransda səslənən son dərəcə dəyərli fikirlərin bir çoxuna toxunmaq istərdik.

Birincisi, görüşün təlim mərkəzində təşkili xüsusi əhəmiyyət kəsb edir. Çünki təlimin keçirilməsi üçün şəraitin olması və peşəkarlığa üstünlük verilməsi ordunun qüdrətini artırmaqla düşmənə istənilən vaxt tutarlı cavab vermək iqtidarında olduğunun göstəricisidir. Bildirildi ki, əksər ölkələrdən fərqli olaraq respublikamızda hərbçilərin təlim-məşqi üçün geniş şərait var və Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu məsələyə hərtərəfli diqqət və qayğı göstərilir. Zakir Həsənov isə bir nazir olaraq vəzifəsinin dövlət başçısının tapşırıqları əsasında mübariz ordu formalaşdırmaq olduğunu bildirdi: “Müdafiə nazirinin əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın tapşırıqlarını orduda icra etmək və ordunu müharibəyə hazırlaşdırmaqdır” .

İkincisi, nazirin komandası ilə birlikdə vəzifə öhdəliyinə necə əməl etdiyinə də konkret faktlarla aydınlıq gətirildi. Suallara cavabında qeyd etdi ki, orduda aparılan islahatların nəticəsi 2016-cı ilin aprel döyüşlərində özünü göstərdi. Ordumuzun az bir hissəsi düşmənin böyük bir qüvvəsinə son dərəcə sarsıdıcı zərbə endirdi. Bununla da Azərbaycan ordusu nəyə qadir olduğunu düşmənə göstərdi.

Üçüncüsü, ordunun müasir hərbi texnikalarla təchizatına da toxunuldu. Nazir ötən il Bakıda keçirilən hərbi paradı əyani nümunə kimi göstərməklə, hələ hərbi sirrlərin olduğunu da vurğuladı. Hərbi donanmanın vəziyyətindən də razılıqla danışdı. “Seyfəli” poliqonunda keçirilən təlim vaxtı tank mərmisinin qayaya dəydikdən sonra 18 km uçaraq evə düşməsini ölkəmizdə istehsal olunan silah-sursatın nə qədər keyfiyyətli olduğunun göstəricisi kimi dəyərləndirdi.

Dördüncüsü, “Seyfəli” poliqonunda keçirilən təlim vaxtı zərər çəkən evin taleyinə də aydınlıq gətirildi. Zakir Həsənovun hadisə barəsində müfəssəl məlumatı hər birimizin ürəyincə oldu. Çünki nazir real olaraq bildirdi ki, bu poliqondan 70 ildən çoxdur ki, istifadə olunur və heç bir vaxt belə bir hadisə ilə qarşılanılmayıb. Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xöşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi.

Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.

Beşincisi, ölkəmizdə ordu quruculuğunun təməli hələ ötən əsrin 70-ci illərində qoyulduğunu qeyd edən nazir ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulamaqla bu siyasi kursun Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Qeyd etdi ki, ordu dövlət başçısının qayğısı ilə daim inkişaf edir, kadrların hazırlığına ciddi yanaşılır.

Altıncısı, ordu və şəxsi heyyət üçün qaldırılan bütün məsələlər dövlət başçısı tərəfindən müsbət qarşılanır və həlli üçün konkret tapşırıqlar verilir, lazımi vəsait ayrılır. Hərbiçilər qulluq yerlərindən asılı olaraq onlara verilən kirayə haqqı ölkə rəhbəri tərfindən 2-3 dəfə artırılıb. Hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması üçün mütəmadi işlər görülür, şəhərçiklər tikilir.

Yeddincisi, son günlər gündəmdə olan müdafiə nazirinin erməni silahlı qüvvələri tərəfindən cəbhə bölgəsində təqib edilməsinə də aydınlıq gətirildi.

Həsənov qeyd etdi ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub: “Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı, hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır”.

Səkkizincisi, son günlər şəhid olan hərbi qulluqçu, mayor Aqil Omarov barədə də bəzi məsələlərə aydınlıq gətirildi.

Müdafiə naziri qeyd etdi ki, nazir də, zabit də, əsgər də daxil olmaqla biz hamımız Vətən, millət naminə canımızı təhlükəyə atırıq və bununla qürur duyuruq. Allah bütün şəhidlərə rəhmət etsin! Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub. Bu fikri bir nazir və vətəndaş olaraq Zakir Həsənovun bildirməsi orduda sarsılmaz birliyin, xalq-ordu vəhdətinin möhkəm və əbədi olduğuna əyani sübutdur. Çünki nazir hər bir hərbi qulluqçunun arxasında möhkəm dayanır.

Doqquzuncusu, Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirildi.  

  Nazir qeyd etdi ki, D. Tonoyanın səviyyəsinə enmək istəmir: “Bircə onu deyə bilərəm ki, David Tonoyan yalan danışır. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət ötdükdən sonra onlar itkilərini açıqlayacaqlar”.

Zakir Həsənovun bu fikri üstüörtülü səslənsə də, ordumuzun düşmənə tutarlı cavab verdiyinin əyani göstəricisidir. Deməli, bir neçə gündən sonra düşmən itkilərini açıqlayanda öz-özlüyümüzdə bir daha ordumuzla fəxr etməli olacağıq.

 

Onuncusu, konfransda düşmənin informasiya müharibəsinə də toxunuldu. Nazir bununla bağlı sualı cavablandırankən bildirdi ki, əvvəllər bu kimi istəklərinə nail olan düşmən artıq xeyli müddətdir ki, bu istiqamətdə də çətin vəziyyətə düşüb. Daha onların yalanlarına, böhtanlarına, uydurmalarına lap az adam reaksiya verir. Çünki cəmiyyətimiz tam reallığı ilə bilir ki, düşmən yalan danışır. Əfsuslar olsun ki, onların yalanlarına Vətənini, Xalqını, Dövlətini satmağa hazır olan soydaşlarımız dəstək verir.

On birincisi, Zakir Həsənov özü haqqında yayılan dezinformasiyalardan da danışdı. Düşmənlər konkret olaraq məndən yox, kim nazir işləsə, ondan yazacaq. Bildirdi ki, sosial şəbəkələrdə onun barəsində də yazılar yayımlanır: “Ermənilərin xüsusi xidmət orqanları boş dayanmırlar. Mənim adıma səhvlərlə dolu saxta raport hazırlayıblar. Biz araşdırma aparırıq və məlum olur ki, sosial şəbəkələrdə bizim əleyhimizə yazanların 90 faizi ermənilərdir, onlar azərbaycanlı adı altında qeydiyyatdan keçiblər”. Düşməni başa düşürük. Ancaq nazirin bu fikri belə əqidədə olan soydaşlarımıza ən təhlükəli hərbi texnikanın zərbəsindən də ağır olmalıdır. İnsan da vətənini, torpağını, xalqını, ailəsini satarmı?!

On ikincisi, nazir jurnalistlərə də iradını bildirməkdən çəkinmədi. Onun sözlərindən məlum oldu ki, bəzi yazarlarımız hələ də nazirliyin müəyyənləşdirdiyi vahid mübarizə çərçivəsindən kənara çıxmaqla düşmən dəyirmanına su tökmüş olurlar. Bununla bağlı konkret fakt da göstərildi. Qeyd olundu ki, nazirlik hərbi qulluqçu Aqil Omarovun şəhid olmasını rəsmən bildirmişdiı. Bəzi KİV-lər isə onun hansı bölgədə tabor komandiri olduğunu dərhal açıqladı. Nazirlik hərbi qulluqçu yazmaqla hərbi sirri qorumağa çalışırdı. Mətbuat isə onun hansı bölgədə tabor komandiri olduğunu yazmaqla düşmənə məlumat verdi ki, bu əraziyə yeni tabor komandiri gəlib. Nazirin iradı tam haqlıdır və bu kimi məsələlərə son dərəcə diqqətlə yanaşılmalıdır. Çünki nəzərə almaq lazımdır ki, mətbuat belə səhvlərlə düşmənə ətraflı məlumat verir.

On üçüncüsü, ola bilər ki, bəzi KİV əməkdaşları hərbi sirrin incə məqamlarını bəlkə də bilmir. Ancaq bunu özbaşına da qoymaq olmaz. Mətbuat konfransında bu məsələ də qaldırıldı və bildirildi ki, bu istiqamətdə görülən işləri bir qədər də təkmilləşdirmək lazımdır. Sevindirici haldır ki, məsələ  yerindəcə həll edildii. Nazir Zakir Həsənov belə bir vacib məsələnin həlli üçün müavini general-leytenant Kərəm Vəliyevə tapşırıq verdi. Beləliklə, 2019-cu ilin tədbirlər planına uyğun olaraq jurnalistlər üçün seminarlar keçiriləcək.

On dördüncüsü, açıq qapı günlərinin əhəmiyyətində də danışıldı. Bildirildi ki, valideynlər tərəfindən yüksək qiymətləndirilən bu görüşlər mütəmadi olaraq təşkil olunur. Hərbi hissələrin rəhbərləri ilə də görüşlər keçirilir, istənilən məsələyə açıq şəkildə aydınlıq gətirilir. Bunun özü də müstət addım kimi yüksək qiymətləndirilməlidir. Çünki mentalitetimizə uyğun olaraq əsgərlər üçün narahatçılıq keçirmək hissi qəlbimizdə uzun illər boyu formalaşmışdı. Ancaq son illər bu kimi ənənəmizi də tarixin arxivinə çeviririk. Bu da xalq-ordu bəhdəti yolunda həyata keçirilən mühüm addımlardandır.

On beşincisi, Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə cəbhə bölgələrində yaşayan sakinlərin xidmətindən də istifadə olunması diqqəti cəlb edən məsələlərdəndir. Belə ki, ordu ilə daim təmasda olan, düşmən təcavüzünə məruz qalan kəndlərimizin sakinlərinin ordu ilə əməkdlıq çərçivəsində çalışması, işlə təmin olunması onların təhlükəsizliyi ilə yanaşı sosial problemlərinin həllində də mühüm faktora çevrilir. Nazir bildirdi ki, belə ərazilərdə bir sıra işlərdə, o cümlədən keçid məntəqələrində onların xidmətindən də istifadə olunur.

On altıncısı, ermənilərin bəzi KİV-lərdə və sosial mediada şişirdilməsi də nəzərdən qaçmadı. Nazır qeyd etdi ki, yalan, böhtan uydurma danışan erməniləri mən sizlərin yazılarından tanıyıram. Gəlin onları çox şişirtməyək, yalanlarına uymayaq. Bəli, haqlı irad və nəzərə alınmalı ciddi məsələdi.

On yeddincisi, ordumuzun beynəlxalq təcrübəni öyrənilməsi barədə də məlumat verildi. Zakir Həsənov bildirdi ki, bu da son dərəcə vacib məsələdir. Əgər biz gündəlik öyrənməsək, təhsil aldığımız illər səviyyəsində qalarıq. Onun bu fəlsəfi fikri ordumuzun beynəlxalq təcrübə toplamaq yolunda görülən işlərdən xəbər verdi. Qeyd olundu ki, şəxsən nazir və müavinləri, generallar  və dəgər şəxsi heyyət planlı surətdə müxtəlif təlimlərdə iştirak edir. Nazir bu sahədə dəstəyə və köməkliyə görə Türkiyə Müdafiə Nazirliyinə xüsusi minnətdarlığını bildirdi.

On səkkizincisi, nazirin Azərbaycan xalqı ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar fikri siyasi baxımdan xalqa ismarış olmalıdır. Çünki ordumuzun nəyə görə gözlədiyi barədə vaxtaşırı fikirlər söylənilir. Nazir isə ordumuzun səlahiyyət çərçivəsinin hansı həddə olduğuna bir daha aydınlıq gətirdi. Bu isə o deməkdir ki, işğal edilmiş torpaqlarımızın sülh yolu ilə azad olunması üçün yollar tükənmədiyi halda müharibə aparmaq dügün deyil. Ancaq ordumuz düşmənin hücumlarına tutarlı cavab vermək və lazım olan halda torpaqlarımızı azad etmək üçün hər an hazır olmalıdır. Keçirilən təlimlər və bu təlimlərin əyani nümunəsi olan aprel hadisələri düşmənin silahlı qüvvələrinin ordumuz qarşısında necə acız qaldığını əyani surətdə təsdiqlədi.

On doqquzuncusu, ordumuzun təlimlərindən düşmənin ciddi narahat olduğunu da açıqlamalıyıq. Sevindirici haldır ki, ordumuzun bütün təlimləri foto və videolarla operativ olaraq cəmiyyətə çatdırılır. Düşmən necə, bunu edə bilirmi?  Xeyr. Çünki çəkiliş qruplarının olmağına baxmayaraq ordumuz kimi təlimlər keçə bilmirlər axı. Nazir də buna toxundu. Bildirdi ki, onlar heç bir vaxt bizim keçirdiyimiz səviyyədə təlim keçirə bilmir. Bundan əlavə erməni ordusunun təlimləri də hərbi mütəxəssislərimiz tərəfində canlı izlənilir. Hətta təlimlərinin biri faciə baş verdiyindən – hərbi qulluqçu həlak olduğundan və digərləri yaralandığından dayandırıldı. Bu isə onu göstərir ki, düşmən ordusu heç normal təlimlər keçirə bilmir.

Mikayıl Nərimanoğlu,

Əməkdar jurnalist

 PS: Ordumuzun və düşmənin real vəziyyəti barədə imkan daxilində sizlərə məlumat verdik. Ordumuzun gücünü və düşmənin hücumuna cavab verməyə hazır olduğunu konkret faktlarla göstərməyə çalışdıq. Əgər kiminsə ürəyində olan suallarını cavablandıra bilmədiksə, bizə yaza bilərlər.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO