Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
2019-cu ilin yanvar-may aylarında azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib.
Rakus.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.
O qeyd edib ki, bu ilin iyulunda Yekaterinburqda Azərbaycan şərab evi açılacaq. Bundan başqa, Sankt-Peterburqda şərab evinin açılması planlaşdırılır:
“Çinin müxtəlif regionlarında şərab evlərinin açılması ilə bağlı danışıqlar aparılır. İyul ayında İsveçrəyə ixrac missiyası baş tutacaq. Bu ölkədə biznes-forumun keçirilməsi planlaşdırılır”.
Y.Abdullayev əlavə edib ki, bu ilin sonunadək Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan ticarət evinin açılışı olacaq.