Nazirliyin dəstəyi ilə 18 film çəkiləcək
Mədəniyyət Nazirliyi tərəfindən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə cari ilin martın 20-dən mayın 1-dək bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdu.
Tammetrajlı bədii filmlər:
“Məryəm” – ssenari müəllifi Elçin Musaoğlu, Fərdad Rastqar
“Yuxusuz kölgələr” – Mirbala Səlimli, Marina Malaşenkova
“Nərgiz” – Cavid Zaidov
“Ərəblinski” – Elçin Əfəndiyev, İsmayıl İman
“Mampası qutusu” – Pərviz Həsənov
“Üçüncü bənd” – Ramiz Fətəliyev
“Xoşbəxt sonluqlu faciə” – Arif Əliyev
“Biçimçi” – Rəmziyyə Cilqamlı
“Kariatidalar” – Tahir Əlizadə
Qısametrajlı bədii filmlər:
“Dulusçu” – Amil Məmiyev
“Əli həccə gedir” – Cavid Zeynallı
“Bazar günü” – Ülviyyə Heydərova
“Gecənin səsi” – Reyhan İsayeva
“Ailəvi şəkil” – Nurlan Həsənli
Sənədli filmlər:
“Ləzgilər” – Qorxmaz Şixəliyev
“Qapı” – Etibar Məmmədov
Animasiya filmləri:
“Tıq-tıq və dostları möcüzələr axtarışında” – Sultan Abbasbəyli
“Göy qurşağını görmək” – Rəmziyyə Cilqamlı
Xatırladaq ki, dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.