Hərbi 21.06.2019 18:25

Masallıda kütləvi tədbir keçirildi - FOTO

İyunun 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Gənclər Fondu və Masallı Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 26-iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş kütləvi tədbir keçirib.

Rakus.az xəbər verir ki, rayon rəhbərliyinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar.

Masallı rayon Mədəniyyət Mərkəzində Dövlət Himninin ifası ilə başlayan tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri də ehtiramla anılıb.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qeyd edib ki, zəngin hərbi ənənəyə malik olan ölkəmizdə müstəqillik dövrünün ordu quruculuğu prosesi, vahid komandanlıqdan idarə olunan nizami Silahlı Qüvvələrin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri sıralarında şərəfli həbi xidmətə yollanan Masallı gəncləri daim vətənin müdafiəsinə hazırdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev xalqımızın tarixən formalaşmış hərb ənənələrindən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hələ Gəncədə fəaliyyət göstərən hökumətinin ilk addımlarından biri Milli Ordunun yaranması haqqında verdiyi qərar olub. Həmin qərara böyük hörmət əlaməti olaraq Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən 26 iyun Azərbaycanın Silahlı Qüvvələri günü elan edilib. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bugün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnika, silah-sursatla təmin olunub və şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qarşıdan gələn iyul çağırışına hazırlıq işlərinin mütəşəkkil qaydada aparıldığını, gənclərin hərbi xidmətə yola düşməyə böyük ruh yüksəkliyi ilə hazırlaşdıqlarını xüsusi vurğulayıb.

 

Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların hərbi xidmətə hərtərəfli hazırlığı istiqamətində dövlət tərəfindən görülmüş işlərdən söz açıb, təmsil etdiyi qurumun layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova çıxışında şəhid ailələrinin dövlətin qayğısı ilə əhatə olunduğunu, bir oğlunu vətən uğrunda itirsə də minlərlə oğul qazandığını bildirib.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi vətənpərvərlik təbliğatı sahəsində mühüm işlərin görüldüyünü, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən işğalı altında qalan torpaqlarımızı azad etməyə hər an hazır olduğunu diqqətə çatdırıb.

Tədbirdə şəhid Nurlan Əsgərlinin valideynləri, Qarabağ müharibəsi veteranı Şöhrət Novruzov, Masallı şəhər 6 saylı tam orta məktəbin hərbi rəhbəri Cəmaləddin Məmmədov və həmin məktəbin şagirdi Mirəli Bağırov SHXÇDX tərəfindən diplom və plaketlə təltif ediliblər. Sonra cari ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılara Gənclər Fondunun hədiyyələri təqdim olunub.

Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının, həmçinin özfəaliyyət kollektivlərinin çıxışları təqdim olunub.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO