Elm və təhsil 23.06.2019 06:27

Bakıda beynəlxalq elmi konfrans başa çatdı - FOTO

Bakıda keçirilən “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans öz işini başa çatdırıb.

Rakus.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

Konfransın bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vurğulayıb ki, Azərbaycan xalqının tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır: “Nadir şahı Makedoniyalı İskəndər, Əmir Teymur, Uzun Həsən və Napoleon Bonapartla müqayisə edirlər. Onun soy-kökü barədə uydurmalar irəli sürülmüş və çoxları bu böyük şəxsiyyətə sahib çıxmağa cəhd göstərmişlər”.

Akademik deyib ki, Ali Baş Komandan İlham Əliyev bir sərkərdə kimi daim əsgərlərinin yanındadır: “O, ordusunu gücləndirmək qayğısına qalır. Əsgərlərlə bir süfrədə yemək yeyir. Mən bir tarixçi olaraq onun simasında bir zamanlar ölkəmizi öz əsgərləri ilə birləşərək, əsgər həyatı keçirərək bütün işğalçılardan təmizləyən qüdrətli Nadir şahı görürəm”.

Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya qeyd edib ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir: “O, qurduğu Əfşar imperiyasını dünyəvi dövlətə çevirmək istəyirdi. Məzhəb ayrılığına son qoymağa çalışırdı. Dəbdəbəli saray həyatını sevmirdi”.

Bildirilib ki, tarixi şəxsiyyətlərimizin, o cümlədən Nadir şahın dünya ictimaiyyətinə tanıdılması çox mühümdür. Konfransda təqdim olunan “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” kitabının xarici dillərdə nəşri qərara alınıb. Tarix İnstitutu Dünya Avşarlar Dərnəyinin kitabxanasına 200-dən çox kitab hədiyyə edib.

Beynəlxalq konfrans “Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda”, “Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi”, “Nadir şah Əfşarın daxili siyasəti” və “Nadir şah Əfşarın xarici siyasəti” bölmələrində fəaliyyət göstərib. Məruzəçilərə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO
Siyasi, Sosial / 23.01.2026 14:22
“Atamı daşnaklar öldürmək istəyirdilər” – Arif Orucovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi / 22.01.2026 22:56
“Göyçə” adı niyə Ermənistan cəmiyyətində qıcıq yaradır?” - VİDEO
Siyasi / 22.01.2026 14:22
Erməniləri qorxudan Qərbi Azərbaycan anlayışı – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 22.01.2026 10:50
XIII əsrdə Göyçədən yüksələn dua
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO