Tramp Kim Çen İnə “mükəmməl” məktub yazdı
Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampdan şəxsi məktub alıb və məktubda yazılanları nəzərdən keçirir.
Rakus.az xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası məlumat yayıb.
Rəsmi Koreya Mərkəzi Xəbərlər Agentliyi Kimin fikirli halda əlində Ağ Evdən göndərildiyi göründüyü məktubu tutduğu fotonu yayıb. Xəbərdə Kimin məktubun məzmununun “mükəmməl” olduğunu bildirdiyi qeyd edilir.
Xəbərdə məktubda nə yazıldığı haqqında məlumat verilmir.
Tramp ayın əvvəli Şimali Koreya liderindən “gözəl”, “çox şəxsi” və “çox isti” məktub aldığını bildirmişdi.
ABŞ və Şimali Koreya arasında nüvə danışıqları rəsmi dayandırılsa da, Kim və Tramp son il ərzində bir-biri ilə məktublar və fotolar paylaşırlar. Hər ikisi aralarındakı münasibətlərin isti qaldığı güman olunur.