Mədəni 24.06.2019 15:59

Gözlə bizi, tut ağacı…

 

 

Evə çatmağa az qalmış cib telefonuma zəng gəl​di. Tələsik ekrana baxdım. Ya​​xın qohumum Kam​ran idi. Salam-kəlamdan sonra dedi ki, bəs xəbərin varmı, internetə gi​rib kəndə baxmaq olur. Sonra da məni heyrətləndirmək üçün hər şeyi birbəbir izah etməyə başladı: «Sən eləcə, rayonun adını ya​zıb, axtarış verirsən, bir azdan hər şey ekrana gəlir. Diqqətlə ba​xanda orada evləri, yolları, hətta cığırları belə görmək müm​kün​dür. Mən girib baxdım, köpək uşağı ermənilər kəndin bütün ev​lərinin daşlarını söküb daşıyıblar. Hər yeri yandırıb dağıdaraq viran qoyublar».

Kam​rana dedim ki, məlumata görə çox sağ ol. Amma in​di yoldayam, geniş danışa bilmirəm, evə çatan kimi internetə girib baxaram, son​ra zəng​ləşərik.

Həyətə girəndə adəti üzrə həmişə məni qar​şı​la​yan oğ​lum Araza dedim ki, ay bala, tez elə o kom​pü​te​ri aç internetə gir, kənddəki evimizə baxaq. Yazıq uşaq da heç vaxt biz tə​rəf​ləri görməmişdi. Həmişə kən​dimizlə bağlı onu maraqlandıran müxtəlif suallar ve​rirdi. So​ru​şur​du ki, ata, sizin kənddə çay var idimi, bulaq var idi​​mi, dağ-daş, meşə var idimi…? Məndən bu xəbəri eşidəndə heç olmasa kən​dimizi in​ter​net​də görəcəyinə o da sevindi.

Neçə vaxtdan bəri doğma yerlərə həsrət qalmış qon​şuları da çağırdıq ki, gəlsinlər kəndə birlikdə ba​xaq. Az vaxt ərzində ha​mı​mız kompüterin qarşısına yığışdıq. Elə tələsirdik ki, sanki hansısa maraqlı bir fil​mə baxacaqdıq. İnternetə gi​rib «Zəngilan» sözünü yazandan son​ra yavaş-yavaş dağ​lar, dərələr gözlərimiz önündə canlanmağa başladı. Ev​lər ki​çik bir nöqtə kimi, çaylar isə qələmin ağ vərəq üzə​rində cızdığı nazik xətt boyda görsənirdi. Nəhayət, xey​li axtarışdan sonra doğma kəndimizi «tapa» bildik.

O dərələri, o torpaqları görən kimi özümdən asılı ol​madan göz​lərim yaşardı. Uşaqlığım keçən o yerlərə ne​çə il idi həs​rət qalmışdım. Yaşanmış, arxada qal​mış, indi əlçatmaz olan o çağ​larda – qamış «atlara» mi​nib çapanda, bağ-bağatda oyna​yan​da həmişə gurultu eşi​dən ki​mi göydə uçan təyyarələri axtarırdıq. Kim sə​ma​nın də​rinliyində, buludların arasında onu birinci gö​rür​dü​​sə qış​qırıb uca səslə «o samalyot mənimdir» – de​yirdi. Da​ha heç kim onun «malına» şərik çıxa bil​məz​di. Yox​sa əməlli-başlı da​​​va düşərdi. Təyyarə sə​ma​nın dər​in​li​yin​də bir nöqtəyə qədər kiçilib gözdən itə​nə kimi onu izləyir, sonra əl edib «sağol​la​şır​dıq». Hə​min illər​də təyyarələrə əlimiz çatmırdı. Heç bilmirdik ki, onlar haradan havaya qalxıb hara uçur​lar, nədən belə tələsirlər. Eləcə, uzaq​dan-uzağa onu «özəlləşdirirdik». Hə​mişə ürəyi​miz​dən o hün​dürlüyə qalxmaq, oradan kən​dimizə ta​ma​şa etmək keçirdi. Am​ma o vaxtlar bu müm​kün olan iş deyildi. Bu, sadəcə olaraq biz uşaq​la​rın fantastik xə​ya​lları, ürəyindən keçən əlçatmaz, ünyetməz arzu və is​təkləri idi.

İnternetdə kəndimizə baxanda otuz beş, qırx il bun​dan əv​vəl​ki günləri və arzuları xatırlayıb yada saldım. Xeyli köv​rəldim, gözlərim yaşardı. O, böyüklükdə kəndimiz indi in​ternetdə bir ovuc boyda, xım-xırda idi, gözümüzə çox balaca gör​sə​nir​di. Bu anlarda uşaqlıq arzularımdan biri – təy​yarədən, buludların arasından kəndimizə baxmaq istəyim ya​dı​ma düşdü. Demək olar ki, neçə illər əvvəl ürəyimdən keçən bu arzuya çatmışdım. İndi internet vasitəsilə kən​dimizə göydən, özü də lap yuxarıdan, yüksək bir zir​vədən baxırdım. Bəlkə də elə bu yüksəklik haradasa yer​dən biz gördüyümüz təyyarələr mə​sa​fəsi qədər olardı. Am​ma mən göydə deyildim, yerdəydim, özü də kənddəki evi​mizdən xeyli uzaqlarda.

Bu tükürpədici kadrları bir az böyüdəndə qar​şı​mız​da açılan dəh​şətli mənzərə lap aydın görsəndi. Hə​kəri çayının sahil​lə​rin​dən baxa-baxa yavaş-yavaş kən​dimizə tərəf «gəldik». Ermənilər bir vaxtlar camaatın pambıq, tütün becərdiyi tarlalarda in​di nə isə başqa bir şey əkmişdilər. Ağalı yeri adlanan sahədə topa-topa ya​şıl​​lıqlar gözə dəyirdi. Təbiidir ki, düşmən burada nə pam​bıq, nə tü​tün, nə də bostan məhsulları əkmişdi. Yə​qin ki, ermənilər bizim gül kimi torpaqlarımızı mur​dar​layıb burada narkotik bit​ki​lər becərirdilər. Başqa nə əkə​siydilər ki?

Kənddəki evlərin divarları güclə görsənirdi. Ya​vaş-yavaş öz evimizə tərəf «boylandım». Başqaları kimi daşnaklar bizim də ata yurdumuzu yer​lə-yeksan etmişdilər. Heç vaxt ağlıma gəl​məzdi ki, neçə illər sonra evi​mi​zin uçurulub-da​ğıl​mış, xarabazara dönmüş mənzərəsini də görərəm. Demə, qismətimdə belə ağrı-acıları görmək var imiş. O vaxtlar ağlıma gəl​​mə​yən​lər illərdən sonra günlərin birində başıma gəldi. Özü də çox gözlənilmədən gəldi. Oğlum Araza evimizi bu vəziyyətdə gös​tər​dim. Nə et​mək olar, yazıq uşağa kəndimizin gözəl, axarlı-baxarlı gün​lərini görə bil​mə​di. Onun da qismətinə bu faciəli səh​nələri görmək düşdü.

Belə həyəcanlı anlarda çox da böyük olmayan həyətimizdə yaşıla çalan kiçik bir nöqtə diqqətimi cəlb etdi. Hər nə idisə aydın görsənmirdi. Axı, bu nə ola bilərdi? Ha fikirləşsəm də heç nə xatırlaya bilmirdim. Bir az çalışandan sonra həmin yaşıl nöqtəni böyüdə bildik. Ya​xından baxan kimi yadıma düşdü, ötənlər bir an içində gözlərim önündə canlandı. Bu, mənim hələ orta məktəbdə oxuyarkən öz əllərimlə həyə​ti​miz​də ək​di​yim tut ağacı idi. Ağacın yaman dadlı – bal kimi tutu olur​du, məhsulu da həmişə bol gətirirdi. Bö​yü​dük​cə də həyətə köl​gəni lap gen salırdı. Qoyun-quzu da günorta is​tilər düşəndə tu​tun altına yığışıb gövşüyə-gövşüyə yatışırdı. Onun qol-bu​dağı artıqca ev-eşiyə, qa​pı-bacaya yaraşıq verirdi. Ya​zıq anam da isti havalarda həmişə ağacın kölgəsin​də sac asıb çörək sa​lardı. Sacın tüstüsü burum-burum göyə qal​xar, ocaq çar​taçart yanardı. Həmin gün bilirdik ki, anam axşama müt​ləq bizim qalın dediyimiz dadlı və yağlı çörək bişirəcək…

Tut ağacını görəndə çox sevindim. Bütün olub-ke​çənlər, yaşanıb ar​​xada qalmış, yaddaşlara hopmuş günlər kino lenti kimi göz​lə​rim önündən keçdi. Sanki bir anlıq kəndimizə baş vurub qayıtdım. Deməli, mənim sevə-sevə əkib becərdiyim, gövdəsini, budaqlarını oxşadığım tut ağacı hə​lə qurumamışdı. İyirmi beş ildir ki, qar-ya​ğış suyu içə-içə su​suzluğa dözüb qayıdışımızı gözləyir. Elə bil ək​di​yim bu tut ağacı evimizin hələ də üst-üstdə tökülüb qalmış xır​da-xuruş daşlarına, həyətin bərəkətli tor​pa​ğı​na keşik çəkib on​ları qoruyurdu. Kaş biz qayıdana ki​mi tut ağacı saralıb qu​ru​ma​​yaydı. Gərək biz də qaç​qınlıq həyatına alışıb çox lən​gi​mə​yək…

Hərdən fikirləşirəm ki, insan üçün həyatda öz ev-eşi​yin​dən doğma, əziz və qiymətli olan başqa bir yer varmı? Yəqin ki, hər kəs bu sualın cavabında as​ta​ca «yox» deyər. Mənim üçün də o kiçik həyətimiz, evimiz dünyada hər şeydən əziz və doğ​madır. Onu heç nə ilə əvəz etmək, heç nəyə dəyişmək mümkün deyil. Bu həyətin hər tərəfində ayaq izlərim qalıb. Axı, mən o, hə​yətdə doğulmuşam, o həyətdə böyümüşəm. Bura mənim üçün yer üzünün ən gözəl, əvəzolunmaz bir guşəsidir. Bu hə​yət​də biz atamızı itir​miş​​dik. Bütün sevincli günlərim, uşaq​lığım da burada keçib. Hər​​bi xidmətə bu həyətdən get​miş, iki ildən sonra geri dön​müş​düm. Dünyaya göz aç​dığım bu həyətdə bir vaxtlar qar​daş​la​rı​mın, mənim toy​larımız olmuşdu. Bu evə gəlin gətirmişdik, xoş​bəxt​​​li​y​mizi burada tapmışdıq.

İndi gözəl ev-eşiyimizin bu cür xarabalığa qal​dı​ğı​nı, viranə ol​duğunu görəndə hansı hisslər keçirdiyimi yə​qin çəkənlər yaxşı bi​lər. Mən təbiətcə qəddar insan de​yiləm. Amma bu mən​zə​rə​lə​ri görəndən sonra ada​mın ürəyində düşmənə qarşı dəhşətli qisas hissi alov​la​nır. Hərdən öz-özümə sual verirəm ki, axı nəyə görə er​​​məni gəlib bizim evimizə, həyət-bacamıza sahib dur​ma​lıdır? Buna onun nə haqqı var? Bu ixtiyarı ona kim verib, niyə verib? Nəyə görə axı erməni gəlib tor​pa​ğımızı əlimizdən almalı, bizi doğma ocaqlardan didərgin salmalıdır? Dədə-babamızın mə​zarlarını da​ğı​dıb təh​qir etməli, evimizi uçurub da​ğıtmalıdırlar? Bun​la​ra görə mən tor​paqlarımıza soxulan erməni iş​ğal​çı​larının ba​şı​nı «uf» de​mədən kəsər, aman vermədən gül​lə​li​yə​rəm.

Kəndi cəhənnəmə döndərən erməni qəsbkarları qəb​ris​tan​lı​ğa da əl «gəzdirmiş», buraları dağıtmış, ölü​lə​ri də rahat bu​rax​ma​mışdılar. Quldurların ayaqları ha​ra​lara dəymişdisə, həmin yer​​lər viran qalmışdı. Ətraf yüz ilin xarabalığına bənzəyirdi. Kəndimizi zəbt edən daşnaklar bağ-bos​tanların içindən bir-birinə yaxın tor​​paq yollar sal​mış​dılar. Yolun biri də mənim izilərim qalmış bağımızın ortasından ke​​çirdi. Bu​nu görəndə bir anlıq hiss etdim ki, ekranda gör​dü​yüm o yol bağımızın yox, elə bil ürəyimin ortasından keçib gedir.

Burada min illər boyu dibinə qalın kölgə salmış ağac​lar qırılmış, məhv edilərək yandırılmışdı. Sıx əkilmiş və başı buludlara də​yən söyüd ağaclarından, tut bağ​la​rın​dan və qalın kolluqlardan əsər-əla​​mət qalmamışdı. Yalnız uşaq​lığımız keçən quzu otardığımız, fut​​bol oynadığımız dərə-təpələr dəyişilməmişdi. Quru dərə, Gen dərə, Ki​ran​lıq dərəsi, Qaratikan dərəsi onların yanındakı şiş tə​pə​​​lər, zirvələrindəki sıldırım qayalar olduğu kimi qal​mışdı. Ermənilər onların üstündən heç nə qoparıb apa​ra bil​mə​miş​​dilər. Amma hiss olunurdu ki, dərə-tə​pələr doğma sakinləri üçün qəribsəyib. Çünki üzləri gül​mür, sifətləri açılmırdı.

Öz evimizə diqqətlə baxdıqdan sonra qonşuların, qo​hum​la​rın da həyət-bacalarına göz gəzdirdik. Hər yer​də eyni mənzərə idi; dağıdılmış, uçurulmuş, yerlə-yek​san edilmiş, yandırılmış evlər. Kəndimiz müharibə mey​​danını xatırladırdı. Əslində isə burada ağır döyüş get​məmişdi. Bir top, bir güllə də atılmamışdı. Elə​cə, gün​lərin birində camaatı yalandan təlaşa salıb yerindən-yurdundan çı​xa​rmışdılar.

Ermənilər kənddəki evlərin daşını, dam örtüyünü, bir sözlə, nə yararlı tikinti materialları var idisə, hamısını söküb apar​mışdılar. Apara bilmə​dik​lə​ri​ni də yan​dırmışdılar. Yal​nız ətrafa dağılmış ki​çik çarpanaqlardan bi​li​nir​di ki, burada nə vaxtsa ev olub. Başqası baxsaydı, bəlkə də heç bunu gör​məz​di. Sa​dəcə olaraq, biz kənd camaatının evlərinin ye​rini bil​di​yi​mi​zə görə axtarıb baxırdıq ki, görək başqa həyət-ba​calar nə və​ziy​yət​dədir. Hara, hansı tərəfə baxdıqsa ürəkaçan bir şey gör​mə​dik. Hər yerdə erməni vəhşiliyinin, erməni qəd​dar​lı​ğı​nın qanlı izləri var idi. Dilsiz, ağızsız daşlar da, di​varlar da yağı​la​rın əlindən qan ağ​layırdı. Uzaq​dan da olsa, qulaqlarımıza on​ların qəmli inil​tisi gəlirdi. Dağlar, dərələr inildəyib, pıçıldayıb öz sahiblərini səsləyirdilər. Bizim qayıdışımızı, dönüşümüzü intizarla gözləyirdilər.

İndi hərdən yenə də internetə girib kən​di​mi​zə, evimizə, hə​yətimizə baxıram. Şükür, hələ ki, tut ağacı qurumayıb, düş​mə​​nə təslim olmayıb. Məğrurcasına dayanıb həyətimizə, uçu​ru​lub-da​ğı​dıl​mış evimizə keşik çəkir. Yolumuzu, gəlişimizi, dö​nü​şü​müzü gözləməkdən gözlərinin kökü saralıb. Ona baxdıqca öz-özümə pıçıldayıram: “Qu​ruma tut ağacı, quruma! Yolumuzu gözlə, biz mütləq qa​yı​da​ca​​ğıq, mütləq o yerlərə dönəcək ermənilərin söndürdükləri ocaqlarımızı yenidən yandıracağıq…”

 

Vahid MƏHƏRRƏMOV

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO