Zabitimiz Beynəlxalq Forumda təltif olundu - FOTO
Pekin şəhərində Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində “Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci Beynəlxalq Müdafiə Forumu keçirilib.
Rakus.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində “Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.
Keçirilən forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.
Tədbirin sonunda 2-ci dərəcəli kapitan R. Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikat ilə təltif olunub.