Hərbi 28.06.2019 15:17

Hərbi xidmətə çağırış başlayır – Müşavirə keçirildi - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində iyul çağırışına hazırlıqla bağlı xidməti müşavirə keçirilib

Rakus.az xəbər verir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) aparatında 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar qurumun müvafiq strukturlarının, yerli idarə, şöbə və bölmələrinin rəislərinin, rayon hərbi həkim komissiyaları sədrlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra əsası qoyulmuş müasir dövlətçilik strategiyasının tərkib hissəsi olan hərb quruculuğu siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq müvəffəqiyyətlə həyata keçirilir. Görülmüş işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli orduları sırasındadır.

Müşavirədə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı  zəruri məsələlərə diqqət çəkib. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi ilə əlaqədar iyul ayı ərzində çağırış prosesinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə, çağırışçıların tibbi müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq iş aparılmasına dair tapşırıqlarını verib.

Xidmət rəisi vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işləri və qarşıda duran vəzifələri bir daha xüsusi vurğulayıb. General-leytenant Arzu Rəhimov vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və tövsiyələrinə uyğun davam etdirilməsi ilə bağlı göstərişlərini çatdırıb. Xidmət rəisi bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş çatışmazlıqların təhlil edilərək aradan qaldırılmalı, gələcəkdə təkrarlanmamalı və əməkdaşlar etik davranış qaydalarına ciddi əməl etməlidirlər.

Müşavirəyə dəvət olunmuş Müdafiə Nazirliyi Tibb Xidməti baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev son illərdə SHXÇDX tərəfindən Silahlı Qüvvələrin sağlam gənclərlə komplektləşdirilməsi işində əldə edilən uğurlara diqqət çəkib. Bu sahədə daha mükəmməl nəticələr əldə etmək üçün birgə əməkdaşlığın perspektivlərinə dair fikirlərini bölüşüb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov SHXÇDX tərəfindən qarşıdakı dövrdə görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə danışıb.

Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə SHXÇDX-nin hərbi qulluqçularının aylıq pul təminatının, həmçinin mülki işçilərin vəzifə maaşlarının artırılmasının şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə mühüm töhfə olduğunu vurğulayıb.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bərdə rayon şöbəsinin rəisi tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Qeyd edək ki, SHXÇDX-nin Daxili təhqiqat şöbəsinin rəisi, polkovnik Həsrət İsmayılov həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə müvafiq əmrlə Xidmətdən tərxis olunub.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər, həmçinin növbəti və vaxtından əvvəl hərbi rütbələr təqdim edilib.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO