Dünya 30.06.2019 02:23

“Əl-Qaidə” Mursini öldürənləri axtarır

“Əl-Qaidə” Misirin həbsdə olan sabiq prezidenti Məhəmməd Mursinin ölümündə Misirin səlahiyyətli nümayəndələrini günahlandırıb.

Rakus.az xəbər verir ki, qrup Əl-Səhab media səhifəsində bəyanat dərc edərək, misirliləri hazırkı prezident Əbdel Fəttah Əl-Sissiyə qarşı çıxmağa çağırıb.

“Əl-Qaidə” bildirib ki, bizim həbsdə zorakılıqlar və təhqirlərə məruz qalan Mursinin öldürüldüyünə heç bir şübhəmiz yoxdur.

Rəsmilər 67 yaşlı Mursinin Qahirədə məhkəmə qarşısında çıxış etdiyini, şüşə qəfəsin arxasından beş dəqiqə danışdıqdan bir neçə dəqiqə sonra yerə yıxıldığını deyib.

Dövlət televiziyasının verdiyi məlumata görə, Mursi xəstəxanaya çatdırılsa da, orada infarktdan ölüb. Uzun zaman islamçı Müsəlman Qardaşları qrupunun yüksək səviyyəli rəsmisi olan Mursi 2013-cü ildə hakimiyyətinə qarşı kütləvi etirazlardan sonra Misir ordusu tərəfindən devrilib.

Müsəlman Qardaşlarının Azadlıq və Ədalət siyasi partiyası veb səhifəsində yaydığı bəyanatda bildirib ki, Mursinin “məqsədli yavaş ölümünə” görə Misir rəsmiləri məsuliyyət daşıyır, çünki onlar “onun dərmanlarını gizlədib və ona iyrənc yemək verib. Onlar onun fundamental insan haqlarını təmin etməyib”.

Mursinin hakimiyyətdən devrilməsindən sonra Misir ordusu sabiq prezidenti həbs edib və Müsəlman Qardaşları təşkilatının üzvlərini təqib edib. Mursi İran və Qətərin xeyrinə casusluq etmək və 2012-ci ildə nümayişlər zamanı misirli etirazçıları öldürmək də daxil olmaqla, bir sıra ittihamlarla üzləşirdi. Human Rights Watch təşkilatı Mursiyə qarşı ittihamları siyasi adlandırıb.

Mursi hakimiyyətdə olduğu zaman onun yaxın müttəfiqi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq prezidenti “şəhid”, Misirin hazırkı prezidenti Əbdel Fəttah Əl-Sissini isə “qəddar” adlandırıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS