Hadisə 08.07.2019 12:43

Sumqayıtda restoran soyğunçuluğu – FAKT 

Sumqayıtın yeni bulvarında açılmış “Posedion” restoranında müştərilərə qarşı  davamlı dələduzluq edilir.
Rakus.az xəbər verir ki, iki gün əvvəl restoranda müştərilərə menyuda göstərilən qiymətin ikiqatı ödətdirilib.
Belə ki, menyuda təklif olunan iki “Milli şirniyyatla çay” sifariş verib. Menyuda 8 manat göstərilən çayı müştərilərə 16 manatdan hesablayıb, 32 manat pul tələb ediblər.
Müştəri iki dəfə artıq pulu hansı əsasla istədiklərini soruşduqda bildirilib ki, qiymət qalxıb. Qiymət qalxımının nəcə baş verdiyi və menyuda niyə əksini tapmadığını soruşduqda heç bir məntiqli cavab verilməyib. Müştəri çek tələb etdikdə isə maraqlı bir hala şahidlik edib. Təqdim olunan çekdə çayın pulu 30 manat (Biri 15 manatdan) göstərilib. Və ən maraqlısı isə odur ki, çekdə “Milli şirniyyatla çay” əvəzinə menyuda olmayan “Kiçik çay dəstgahı” yazılıb. Bununla da guya, “Milli şirniyyatla çay”ı iki dəfə baha satmağı ört basdır eləyiblər. Müştəri biz  “Kiçik çay dəstgahı” yox, “Milli şirniyyatla çay”ı sifariş vermişik deyəndə, xidmətçi adminstratorla danışmağı məsləhət biliblər.
 
Amma nədənsə administratoru tapmaq mümkün olmayıb. Restoranda əyləşən digər müştərilər bu halın birinci dəfə baş vermədiyini bildiriblər: “Burda menyuya görə yox, adama görə pul alırlar. Elə ki gördülər, kənardan gəliblər və ya turistdir, ağızlarına gələn qiyməti oxuyurlar”.
Onların sözlərinə görə, bu anormallığa görə restoranda bir neçə dəfə dava da düşüb.
Məsələ ilə bağlı BakuPost-un əməkdaşı restoranla əlaqə saxlayıb. Oradan bildirib ki, qiymətlər dəyişilib, ancaq menyuya hələlik yazılmayıb: “Qiymətlər bir-iki gündür dəyişilib. Lakin hələlik menyuya yazılmayıb. Biz tapşırmışıq ki, müştərilərə əvvəlcədən xəbərdarlıq edirlsin.  Əgər edilməyibə, ofisiantın günahıdır”.
Qiymətlərin birdən–birə iki dəfə qalxmasının səbəbinə gəlincə belə deyilib: “Açıq havada qiymətlər başqa cür hesablanır. Həm də canlı musiqiyə görədir”. (BakuPost)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO