Hərbi 09.07.2019 19:14

Gənclər hərbi xidmətə yola düşürlər - FOTO

Vətəni sevmək, qorumaq hər bir kəsin ən nəcib və müqəddəs vəzifəsidir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təbirincə desək: “Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir”. Bu fikirlər iyulun 9-da Goranboy rayonundan olan  çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimində səsləndirilib.

Rakus.az xəbər verir ki, Çağırışçıları hərbi  xidmətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Goranboy rayon şöbəsinin şəxsi heyəti, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, təhsil işçiləri, eləcə də ağsaqqallar, müharibə veteranları, valideynlər, gənclər və kütləvi informasiya vasitələrinin əməkdaşları yola  salıblar.

Mərasim iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olublar.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir hərbi texnika və silahlara malik olduğunu diqqətə çatdırıb. Cəbhə bölgəsində yerləşən Goranboyda gənclərin vətənin müdafiəsinə hər an hazır olduqlarını, bunu zaman-zaman öz əməlləri ilə sübut etdiklərini bildirib. Mübariz və mərd vətən övladlarının, qəhrəman əsgərlərimizin Azərbaycanın üç rəngli, ay ulduzla bayrağını Ermənistanın işğal etdiyi ərazilərimizdə dalğalandıracaqlarına əmin olduğunu deyib.

Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçıları təbrik edərək onlara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib. Bildirib ki, döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksək olan Azərbaycan əsgəri işğal altında olan ərazilərimizi hərb yolu ilə azad etmək gücünə malikdir.

Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev, valideyn Rauf Cəfərov çağırışçılara xoş arzularını çatdırıblar və bu gün hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inam ifadə ediblər.

Çağırışçı Mədət Nağıyev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə, Azərbaycan əsgərinə olan etimadı doğruldacaqlarına söz verib.

Hərbi orkestrin iştirak etdiyi konsert proqramı və “N” saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışları mərasim iştirakçılarında xoş ovqat yaradıb. Tədbirin sonunda gənclər  Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO