Mədəni 12.07.2019 12:04

Əliağa Vahidin haqqında şeir yazdığı dostu

 

Bu dünyada elə işıqlı insanlar olub ki, onları unutmaq qəbahətdir. Heç olmasa on ildən bir, yubiley tarixlərində onları anmaq, gənc nəsillərə nümunə göstərmək lazımdır. Belə insanlardan biri də 1925-ci ildə Təbrizdə anadan olmuş, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələrin fəal iştirakçısı, rəhmətlik Qafar Kəndli idi. O, Seyid Cəfər Pişəvərinin silahdaşlarından biri olub. Sonradan Sovet Azərbaycanına pənah gətirərək bu elmin zirvəsinə doğru inamla addımlayıb. Filologiya elmlər doktoru alimlik dərəcəsinədək yüksəlib. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışıb. Xəqani Şirvaninin tədqiqatçılarından biri idi. “Xaqani Şirvani- həyatı, dövrü, mühiti” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çap etdirib. SSRİ və İran mətbuatında çap olunan onlarla elmi əsərin müəllifidir. Onun “Xaqani Şirvani- həyatı, dövrü və mühiti” əsəri fars dilində Tehranda çap edilib və ali məktəb dərsliyi kimi istifadə olunur.

Professor Qafar Kəndli valideyn kimi də çox nümunəvi insan olub. Onu tərbiyə edib boya-başa çatdırdığı yazıçı Həmid Herisçini bu gün ölkəmizdə tanımayan adam çətin tapılar. Gəlini İlhamiyyə Rza isə qaynatası haqqında bunları söyləyir: “Bu yaşa çatdım, hələ onun kimi saf, mədəni, savadlı bir insana rast gəlmədim. Bir mənzildə uzun illər birğə yaşamağımız mənə bu gözəl insanı məişətdə də müşahidə etmək imkanı verdi. Gecə-gündüz elmi araşdırmalarını gözünün nurunun tükənməsinə baxmadan davam etdirən, bir əlində lupa, o biri əliylə dəftərə ərəb əlifbasıyla yazı yazan görkəmini heç unutmaram. Onu da unutmaram ki, bizə zəng etmiş bir fransalı ilə qəfildən fransızca danışdı. Sən demə, orta məktəbi fransızca bitiribmiş…
Ölümündən iki gün qabaq palatasına Şəhriyarın səsi ilə yazılmış lent yazısını gətirdim ki, dinləsin. Elə kasseti qoyan kimi, ustad Şəhriyarın ilk sözü bu oldu: “Heydərbaba, gələmmədim gec oldu”. İki gün sonra Mərkəzi Klinik xəstəxananın palatasında dünyasını dəyişdi- gələmmədi, gec oldu…
Əlimizdə Təbriz təyyarəsinə bilet, həyətdə onu aeroporta aparacaq təcili yardım maşını və bu gedişdən reportaj hazrlamağa gəlmiş telejurnaıistlər. Bir də özü haqda ilıq, kövrək, nisgilli xatirələr. Xaqani Şirvani haqda monoqrafiyası, Təbriz universitetindəki dərsliyi, bir ev əlyazmaları, bir çemodan məktublar, dünyanın dörd bir yerində yaşayan Herisçilərin fotoları və bir də Əliağa Vahidin ona yazdığı şeiri qaldı:

“Yoxdu bu dünyada özgə bir dostum Qafardan qeyri,
O binəvada nə var ki, vəfadan qeyri…””

Qafar Kəndli 1997-ci ilin iyulun 12-də Bakıda dəfn olunub. Ruhu şad olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO