Mədəni 14.07.2019 12:01

Kannda Azərbaycan mədəniyyəti günləri keçirilir - FOTO

Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb.

Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.

Rakus.az xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər merinin müavini Frank Şıkli çıxış ediblər.

Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunu prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması istiqamətində verdiyi töhfələrdən danışıb. O, Fondun müxtəlif ölkələrdə, eləcə də Fransada həyata keçirdiyi irimiqyaslı humanitar, sosial layihələrdən və tarixi abidələrin restavrasiyasına verdiyi töhfələrdən söz açıb. İcraçı direktor Azərbaycan xalçaçılıq məktəbinə, onun tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyət daşıdığını qeyd edib.

“Bir neçə gün əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada ölkəmiz üçün çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fondun iki ildən çox müddətdəki zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, – deyə A.Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə gətirən toxuculara, Kann şəhər meriyasının əməkdaşlarına təşəkkürünü bildirib.

Kannda artıq ənənəyə çevrilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunan Frank Şıkli bildirib ki, mədəniyyət xəzinəmizin yaxından tanınmasını təşviq edən belə layihələr hər iki xalqın daha da yaxınlaşmasına, ikitərəfli münasibətlərin zənginləşməsinə töhfə verir. O, ölkəmizdə qədim köklərə malik ənənəmizin qorunub saxlanılmasına göstərilən qayğı və diqqətin şahidi olduğunu bildirib. Frank Şıkli Bakının ənənə və innovasiyaların vəhdəti olduğunu vurğulayıb.

Qeyd edək ki, “Dəniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. E.Mikayılzadə yeni Şəki qrupuna aid xalça eskizlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.

Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistləri layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO